Mobil versiya
Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi -Fotolar
Tarix: 31-01-2024 | Saat: 16:00
Bölmə:Seçki 2024 | çapa göndər

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

2024-cü il yanvarın 30-də qarşıdan gələn növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax rayonunun Daş Salahlı və Hüseynbəyli, Canalı kəndlərində seçicilərlə görüş keçirilmişdir. Görüşlərdə 600 nəfər seçici iştirak etmişdir.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, yerli təşviqat qrupunun üzvlərindən Bəsdi Ələkbərova, Fərhad Qocamanov, Cavanşir Rüstəmov, Məmməd Yusifov Qədir Əfəndiyev və Müqabil Məmmədov çıxış etdilər. Çıxışlarda Yeni Azərbaycan Partiyasının namizədi Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 20 illik Prezidentliyi dövründə əldə olunan nailiyyətlər, qazanılan uğurlar, misilsiz qələbələr barədə ətraflı bəhs edildi. Natiqlər bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sayəsində müstəqil Azərbaycanın beynəlxaq aləmdə güclü, qüdrətli, nüfuzlu bir ölkəyə çevrildiyini, vətəndaşlarımızın işğalsız, ərazi bütövlüyü təmin edilmiş, suverenliyi bərpa olunmuş azad, müstəqil Azərbaycanın xoşbəxt vətəndaşları olduğunu xüsusi qeyd etdilər.
Sonda natiqlər bütün seçiciləri seçki məntəqələrinə gəlməyə və Yeni Azərbaycan Partiyasının namizədi, dünya şöhrətli siyasətçi, hər bir azərbaycanlının prezidenti olan Qalib Xalqın, Qalib Liderinə - cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval - ruhiyyədə başa çatdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə