Mobil versiya
Taleh Kazımov: "İqtisadi artım 3,5 % proqnozlaşdırılır"
Tarix: 31-01-2024 | Saat: 12:03
Bölmə:İqtisadiyyat | çapa göndər

Taleh Kazımov:

Azərbaycan Mərkəzi Bankı (AMB) bu il ölkədə iqtisadi artım tempiniı təxminən 3,5 % səviyyəsində proqnozlaşdırır.

aia.az xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə ÜDM-in artımı 3-4 % səviyyəsində nəzərdə tutulub.

Qeyd edək ki, ötən il Azərbaycanda 123 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,1 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Azərbaycan hökumətinin proqnozlarına görə, 2024-cü ildə ÜDM-in artımı 2,4 %, 2025-ci ildə 2,9 % səviyyəsində gözlənilir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) proqnozlarına görə, bu il Azərbaycanda ÜDM-in artımı 2,6 %, 2025-ci ildə 2,8 % təşkil edəcək.

Dünya Bankının qiymətləndirmələrinə görə Azərbaycanda ÜDM istehsalının bu il 2,4 %, 2025-ci ildə isə 2,5 % artacağı gözlənilir.

Beynəlxalq Valyuta Fondu (IMF) bu il Azərbaycanda ÜDM-in artım proqnozunu 2,5 % olacağını proqnozlaşdırır. IMF 2024-2028-ci illərdə Azərbaycanda ÜDM-in artımını illik 2,3 % səviyyəsində proqnozlaşdırır.

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) proqnozuna görə, 2024-cü ildə Azərbaycanda ÜDM artımı 2,5 % olacaq.

Niderlandın "ING Group" şirkəti 2024-cü il üçün Azərbaycanın iqtisadi artım proqnozunu 2,5 %, 2025-ci ildə isə 2,7 % səviyyəsində müəyyən edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024