Mobil versiya
Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi -Fotolar
Tarix: 30-01-2024 | Saat: 18:57
Bölmə:Seçki 2024 | çapa göndər

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 29-də Qazax rayonunun Birinci Şıxlı kəndində seçicilərlə görüş keçirildi. Görüşdə 350 nəfər seçici iştirak edirdi.
Görüşdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Görüşdə YAP Qazax rayon təşkilatının sədr müavini Paşa Hadıyev, təşviqat qrupunun üzvləri Akif Əmirov, Bəsdi Ələkbərova, Məhəd Vəkilov, Sevda Həsənova, Kazım Kazımlı, Elxan Abdullayev çıxış etdilər. Natiqlər son 20 ildə cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasətdən, ölkəmizin sürətli və davamlı inkişafından, işğaldan azad edilmiş ərazilərdə irimiqyaslı bərpa və yenidənqurma işlərindən, Böyük Qayıdışın davam etdirilməsindən, təhlükəsizliyin təmin olunmasından, müasir ordu quruculuğundan ətraflı danışdılar.
Natiqlər seçiciləri yüksək seçki mədəniyyəti nümayiş etdirərək 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüş Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatdı.








Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə