Mobil versiya
Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi -Fotolar
Tarix: 29-01-2024 | Saat: 11:39
Bölmə:Seçki 2024 | çapa göndər

Qazax rayonunda seçicilərlə növbəti görüş keçirildi

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 27-də Qazax rayonunun Cəfərli, Bala Cəfərli və Xanlıqlar kəndlərində seçicilərlə görüş keçirilmişdir. Görüşlərdə 400 nəfərə yaxın seçici iştirak etmişdir.
Görüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdu.
Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, təşviqat qrupunun üzvləri Xatın Hüseynxanova, Cavanşir Rüstəmov, İsgəndər Qurbanov, Müqabil Məmmədov çıxış etdilər. Natiqlər qeyd etdilər ki, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları 2003-cü ildən üzü bəri xalqımızın milli maraqları naminə müstəsna xidmətlər göstərmiş, müstəqil Azərbaycanımızın beynəlxaq aləmdə nüfuzu daha da yüksəlmiş, ölkəmiz iqtisadi cəhətdən güclənmiş, Azərbaycan ərazi bütövlüyü təmin olunmuş, suverenliyi bərpa edilmiş qüdrətli bir dövlətə çevrilmişdir. Ötən 20 illik prezidentlik dövründə müdrik Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərinə görə Möhtərəm Prezidentimiz dünya azərbaycanlılarının sonsuz hörmət və məhəbbətini qazanmışdır.

Natiqlər seçiciləri 7 fevralda keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırdılar.
Görüşlər Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında başa çatdı.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə