Mobil versiya
Yasamal rayonu ərazisində yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olunub -Fotolar
Tarix: 27-01-2024 | Saat: 15:19
Bölmə:Seçki 2024 | çapa göndər

Yasamal rayonu ərazisində yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olunub

Yanvarın 26-da paytaxtın Yasamal rayonu ərazisində yeraltı qaz xətlərində 3 istiqamətdə sızma halı aşkar olundu və dərhal əməkdaşlarımız həmin əraziyə ezam edildilər. Mütəşəkkil qaydada problemin aradan qaldırılması istiqamətində işə başlanıldı. "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları gecə saatlarında da bu istiqamətlərdə işləri intensiv olaraq davam etdirdi. Nəhayət artıq bu saata konkret deyə bilərik ki, problem aradan qaldırıldı və Yasamal rayonu ərazisinə qazın verilişi təmin olundu. Ola bilsin ki, təzyiqlə bağlı lokal problemlər yaşansın. Bu da təhlükəsizlik qaydalarına uyğun olaraq birdən-birə yüksək təzyiqli mavi yanacağı boru xətlərinə vermək doğru deyil. Əməkdaşlarımız təzyiq məsələsini də mütəmadi olaraq diqqətdə saxlayacaqlar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə