Mobil versiya
Bakıda yeni marşrut xətti istifadəyə verildi
Tarix: 06-09-2015 | Saat: 12:04
Bölmə:İqtisadiyyat / Aia TV / Karusel | çapa göndər


Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.

“BakuBus” MMC bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində yeni 1 nömrəli sərnişin avtobus marşrut xəttini istifadəyə verib.

Aia.az xəbər verir ki, Fransa istehsalı olan “İveco” avtobuslar 1 saylı xətt üzrə 28 may metro stansiyasından başlayaraq, Heydər Əliyev prospektindən keçir və Koroğlu metro stansiyasına hərəkət edir. Uzunluğu 17,7 km olan marşrut xətti hər iki istiqamət üzrə 15 dayanacağı özündə birləşdirir və nəzərdə tutulmuş xətt üzrə 12 avtobus fəaliyyət göstərir. Avtobusların hərəkət cədvəli səhər saat 06.00-dan gecə saat 23.00-ə qədərdir.

“BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız BakıKart vahid ödəniş kartları ilə həyata keçirilir. BakıKart vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni BakıKart terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər BakıKart loqosu olan məntəqələrdən əldə etmək olar.

Dövriyyədə iki növ BakıKart ödəniş kartları – məhdud istifadə üçün kağız BakıKartları və daimi istifadə üçün plastik BakıKartları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər.

BakıKartla bir şəhərdaxili gediş haqqı 20 qəpikdir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə