Mobil versiya
Bakı Fond Birjasında “AzerGold” QSC-nin yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Tarix: 25-01-2024 | Saat: 19:03
Bölmə:İqtisadiyyat | çapa göndər

Bakı Fond Birjasında “AzerGold” QSC-nin yeni istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


10 yanvar 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan AZ2003019877 İSİN-li istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
29 yanvar 2024-cü il tarixində QSC-nin ümumi dəyəri 20,000,000 (iyirmi milyon) ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi BFB-da rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazların baza emissiya prospekti və birinci buraxılış üzrə yekun şərtlərini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz. İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi – İSİN İstiqrazların növü və forması İstiqrazların sayı Nominal dəyəri İllik faiz dərəcəsi Hərrac tarixi Tədavül müddəti Kupon faizlərinin ödəniş müddəti
AZ2003019877 Faizli təmin edilməmiş sənədsiz adlı 200 000
(ədəd) 100 ABŞ dolları 6% 29.01.2024 3 il 90 təqvim günündən bir

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İŞ” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.

Mənbə: bfb.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024