"Azərbaycan hüquqi məsələlər təqdim etdi" - Mirzoyan
Tarix: 25-01-2024 | Saat: 11:53
Bölmə:Manşet / Dünya | çapa göndər
"Azərbaycan Ermənistanın Konstitusiyasında Qarabağın adı çəkilən Müstəqillik Bəyannaməsinə istinadın olmasını problemli hesab edir".
aia.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
"Onlar bu məsələni qaldırdılar, dedilər ki, bu problemdir. Hüquqi məsələlər təqdim etdilər", - deyə Mirzoyan açıqlayıb.
XİN rəhbəri qeyd edib ki, sülh müqaviləsi layihəsində Ermənistan Konstitusiyası ilə bağlı heç bir müddəa yoxdur: "Ümumi sülh prosesində tərəflər bir-birinin hüquqi problemlərini görür və izahat verirlər. Bu cür müzakirələr hələ davam edəcək".
Qeyd edək ki, yanvarın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025