Azad edilmiş rayonlarda ət və süd istehsalı artıb - SİYAHI
Tarix: 24-01-2024 | Saat: 13:25
Bölmə:İqtisadiyyat | çapa göndər
2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 22 570 ton ət, 136 678 ton süd istehsal olunub.
aia.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2022-ci illə müqayisədə ət istehsalı 6.1% və ya 1300 ton, süd istehsalı isə 7% və ya 8892 ton artıb. 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda quş əti də daxil olmaqla diri çəkidə 21 270 ton ət, 127 786 ton süd istehsal olunub.
Qeyd edək ki, hesabat dövündə ən çox ət Kəlbəcər və ən çox süd isə Ağdam rayonunda istehsal edilib. Belə ki, hesabat dövründə Kəlbəcərdə 6 523 ton ət, Ağdamda isə 43 727 ton isə süd istehsal olunub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024