Mobil versiya
Qətiyyət zirvəsi! -Fotolar
Tarix: 23-01-2024 | Saat: 19:38
Bölmə:Seçki 2024 | çapa göndər

Qətiyyət zirvəsi!

Saatlı rayonunda seçicilər ilə görüş keçirilib

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 22-də Saatlı rayonunda şəhid ailələrinin üzvləri, müharibə veteranları ilə görüş keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev, Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli, təşviqat qrupunun üzvləri Elvin Ağayev, şəhid anası Vüsalə Tağıyeva, Birinci Qarabağ müharibəsi veteranı Əliağa Qurbanov, Vətən müharibəsi iştirakçıları Tapdıq Həsənov və Zeynal İsmayılov çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev 20 il əvvəl 2003-cü il oktyabrın 15-də fəaliyyətinin ilk günündə xalqa verdiyi vədi tam yerinə yetirdi. Son 20 ildə ölkənin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər olduqca böyükdür. Bu gün Azərbaycan dünyanı həm də işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi nəhəng bərpa və quruculuq işləri ilə heyrətləndirir. 30 il düşmən tapdağı altında qalan torpaqlarımız məhz Prezident İlham Əliyevin əzmkarlığı ilə cənnətə çevrilir. Uzun illər yurd həsrəti ilə yaşayan insanlar öz doğma torpaqlarına qayıdırlar.

Görüşdə çıxış edən şəhid ailələri, müharibə veteranları 44 günlük Vətən müharibəsində olduğu kimi, bu seçkilərdə də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşəcəklərinə və öz səslərini qalib xalqın qalib Liderinə verəcəklərinə əminlik ifadə ediblər.

Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə