Mobil versiya
Aparıcı Zemfira: "Bütün normal qadınlar kimi seksi sevirəm" - FOTOLAR
Tarix: 30-09-2016 | Saat: 14:27
Bölmə:Seçilənlər-4 | çapa göndər



Zemfira: "Kütlə qarşısında soruşdu ki, “sən bakirəsən, ya yox?!""

"Qonşunun qızı mini yubka geyinsin, doyunca baxım, amma mənim qızım geyinməsin!"

- Son zamanlar bəzi müğənnilər verilişinizə çəkilməkdən imtina edirlər. Onların daxilində bir qorxu var. Sanki, "porno" filmə çəkilməyə hazırlaşırlar...

- "Qızıl pillə"ni izləyənlər onun nə formatda veriliş olduğunu bilir. Hər bir mövzuya toxunuram. Bütün mövzulara toxunduğum kimi 2 dəfə də seksi və cazibədar ulduzlar mövzusu olub. Bu, o demək deyil ki, bütün verilişlərdə yalnız seksdən danışacağam. Bu mövzudan utanıb, danışmayanlar var. Ancaq, bu verilişin 3-cü hissəsini də gözləyənlər az deyil. Hələ inciyənlər də var idi ki, deyirlər: "Məni niyə cəkmədiniz? Məni seksi hesab etmirsiz?".
İndi toy verilişlərində geniş kütlə qarşısında qızlara sual verilir ki, "Sən bakirəsən, ya yox?!". Əslində isə bu sual jurnalistikadan bilavasitə şəxsi həyata müdaxilə deməkdir.

Mən ki, bu cür suallar verməmişdim. Heç kimin intim həyatına müdaxilə etməmişdim. Sadəcə olaraq "Ehtiraslısan, ya yox?!" - bu sualı ünvanlayırdıq. Birinci verilişdə duzlu, məzəli şəkildə atmacalarla dolu onluq etmişdik. İkincidə isə bir az fərqli, daha çox məsləhət xarakterli, maarifləndirici veriliş hazırlamışdıq. Təbii ki, bütün bunlar çərçivə içində baş verirdi. Heç kimin deyə bilməz ki, Zemfira çərçivəni qırıb. Milli mentalitetimizə xələl gətirəcək, ifadələr işlətməmişəm, açıq-saçıq söhbətlər etməmişəm. Əslində, bu səs-küyün səbəbini də anlamıram.

"Sən Allah, onu efirə vermə, sevgilim əsəbləşəcək"...

- Anlamamalı heç nə yoxdur. Bu səs-küyə səbəb bizim tamaşaçılarımızın buna öyrəşməməsidir.

- Qəribədir, bizdə belə bir adət var - "qonşunun qızı mini "yubka" geyinsin, doyunca baxım, amma mənim qızım geyinməsin". Neçə illər bundan əvvəl xalq artisti Aygün Kazımova "Gecə yarı" verilişi aparanda da, bu cür söhbətlər danışılırdı. "Qızıl pillə" verilişində hər həftə bir mövzu olur. Bu dəfəki mövzumuz da sevişməklə bağlı idi. Əgər biz əyləncə verilişləri istəyiriksə, bütün bunlara normal yanaşmalıyıq. Əcnəbi kanallarda bu cür verilişlərə dörd gözlə baxırıq, özümüzdə isə bu tip layihələri qınaq obyektinə çeviririk.

- Dediyiniz o sualı eşidən sənətçilər necə reaksiya verir?

- Mən elə də şəxsi sual verilməmişəm. Biz sadəcə, ehtiraslı olub, olmadıqlarını öyrənmək istəmişik. Bəziləri bu sual qarşısında çaşıb qaldı, digərləri çaşıb qaldı, o biriləri isə zarafat salıb, ikibaşlı cavablar verdi. Ancaq olur ki, bir çoxları bütün suallara cavab verirdilər, evə gedəndə isə nə fikirləşirdilərsə, zəng edib - "Zema, bunları efirə verməzsən də!"- deyirlər. İnanın, elə sənətçilər var idi, ilk öpüşlərindən rahatlıqla danışırdılar. Mən özüm də sevinirdim ki, nə yaxşı maraqlı cavablar ala bildim. Ancaq sonra gələn o zənglər "Sən Allah, onu efirə vermə, sevgilim əsəbləşəcək"...

- Bu iki veriliş ərzində kimlərin cavabı sizi təəccübləndirdi? Bilirik ki, kişi müğənnilərlə də söhbət etmisiniz

- Zamiq! Ondan o cür cavab gözləmirdim. Hər kəs bilir ki, Zamiqə hətta normal sual verəndə söhbəti dəyişir. Ancaq elə olmadı. Utana-utana olsa da, Zamiqdən istədiyimdən də artığını aldım. Nuranın, Röyanın kompleksiz olduğunu düşünsəm də, gözlədiyim cavabları ala bilmədim.

- Azərbaycan şou-biznesində sahib olmaq istədiyiniz kişi varmı?

- Azərbaycan şou biznesində ümumiyyətlə heç kim! Tam səmimi deyirəm.

- Bəlkə sizə sahib olmaq istəyən məşhur simalar var?

- Varsa da, yoxsa da - mən bilmirəm. Bundan xəbər tutmamışam.

- Deyəsən, seksi çox sevirsiniz?

- Bütün normal qadınlar kimi. Əgər qadın normaldırsa seksi sevməlidir. Əgər sevmirsə, deməli, normal deyil.

- Adınız çəkiləndə "Ən seksi aparıcı" deyirlər.

- Hə, əvvəllər birtəhər gəlirdi, indi öyrəşmişəm. Çünki sonra başa düşdüm ki, sən demə, bu adı almaq üçün bir neçə adam hətta çalışıbmış da. Amma mən heç nə etməmişəm. Sadəcə hamı deyir ki, bu obraz yalnız mənə yaraşır və uyğun gəlir.

- Maraqlıdır, məşhurları hansı parametrlərə görə seçirdiniz?

- Aygün Kazımova və Brilliant Dadaşova hər zaman "seks simvol" hesab olunub ... Ancaq bu, tək mənim fikrim deyil. Sözsüz ki, seçimi yalnız mən etmirəm. Bizim yaradıcı komandamızla apardığımız müzakirələr nəticəsində onlar müəyyənləşib. Birdə ki, seksi olmaq o demək deyil ki, açıq-saçıq geyinməlisən, vücudunu sərgiləməlisən. Xeyr, qapalı xanımın da ehtirası kənardan hiss olunur. Hətta bizdə elə namizədlər olub ki, əslində heç də seksi deyil, sadəcə səs çoxluğu ilə onu çəkmişik. Ancaq yəqin ki, "sex-3" olmayacaq, çünki, o onluğa düşə biləcək namizədləri artıq yoxdur.

"Ərimin üzünü görürəm ki..."

- 3-cü verilişinizin olmamasının səbəbi məlum oldu. Qulağımıza çatan şayiələrə görə, sizə hədə-qorxu gəlirlər.

- Yox, hədə-qorxular məni narahat etmir. Sadəcə o onluğa düşə biləcək şəxslər yoxdur. Bir də onu deyim ki, heç də hamı narazılıq etmir. Əksinə bunu bəyənənlər, məni təbrik edənlər də az deyil.

- Rusiya kanallarından yaxşı tanıdığımız aparıcı Anfisa Çexova da sizin kimi hərəkətlər edir. Deyirlər, özünüzü ona bənzədirsiniz?

- (Gülür). Onu görənlər bilir ki, bizim heç bir bənzərliyimiz yoxdur. Əslində bu mənim televiziya obrazımdır. Bu o demək deyil ki, mən həyatda da beləyəm, kim mənə salam verir, seksdən danışıram (gülür). Və yaxud, elə həyatda da o səs tonunda danışıram, harasa gedəndə o cür içəri daxil oluram. Hər halda mənə elə gəlir ki, bunu anlamaq lazımdır. Efirdə obraza girmək məncə, normaldır. Birdə ki, əgər biz Anfisanı tanıyırıqsa, deməli ona baxırıq, maraqlanırıq və gözümüz onu axtarır. Yaxşı əgər biz Anfisanı axtarırıqsa, niyə bizdə o obraz efirə çıxanda daşlayırıq?

- Axı sadə mövzuları da o cür təqdim edirsiniz...

- Bu, mənim efir obrazımdır. Həm də mən rusdilli olduğum üçün aram-aram danışıram. Əslində, mən kompleksiz insanam. Məncə verilişi tam rahatlıqla apara bilərəm. Düzü, Anfisa efirdə çox şeylər edir, onların hamısını edə bilmərəm, çəkinərəm. Nə qədər olmasa içimdə Azərbaycan xanımı var. Mən etsəydim, maarifləndirici yönümdə edərdim. Çünki, bu dəqiqə yetkinlik yaşına çatmış bəzi qızlarımız var ki, cahilliyinə görə bədbəxt olur. İş işdən keçəndən sonra həkimə müraciət edirlər.

- Bildiyim qədəri ilə ailəlisiniz. Fikrimcə, həyat yoldaşınızın kim olması hər kəsə maraqlıdır.

- Bəli, ailəliyəm. Amma övladım hələ yoxdur. Həyat yoldaşım incəsənət aləmindən deyil. Tamam başqa sahədəndir. Məndən fərqli olaraq daha ciddi insandır (gülür).

- Azərbaycan mentalitetini nəzərə alsaq, kişilər daha çox utancaq və bu cür açıq mövzulardan uzaq xanımlarla ailə qururlar. Yəni, Azərbaycanda çox az sayda kişilər həyat yoldaşının bu tipli obrazlarda çıxış etməsinə razı olar. Maraqlıdır, bu sizin ailənizdə necə qarşılanır?

- Normal (gülür). O, buna bir TV obraz kimi baxır. Həyatda tam fərqli olduğumu bilir.

- Zema kompleksiz və açıq-saçıq geyinən xanımdır. Heç geyiminiz üstündə həyat yoldaşınızla mübahisələriniz düşüb?

- Yox, geyimimə çox da müdaxilə olunmur. Amma hərdən iradlar tutulur. Mən də zarafata salıb vəziyyətdən çıxıram. Heç bir-birimizin üzünü görürük ki... O öz işində, mən də montajda.

- Gündəlik həyatımızda hər şey baş verə bilər. Yenidən kiməsə aşıq olsanız, nə edərsiniz?

- Düzdür, deyirlər ki heç kim heç nədən sığortalanmayıb. Rusların bir misalında olduğu kimi "Nikoqda ne qovori nikoqda!" (Heç vaxt demə- heç vaxt) Amma bu haqda heç vaxt fikirləşməmişəm. Ailəmə çox bağlı insanam.

- Heç kim özünü heç nədən sığortalaya bilməz. Siz də həm də gözəl, həm də cazibədar xanımsınız. Sirr deyil ki, aşiqləriniz də az deyil. Onları necə rədd edirsiniz?

- Şəxsən üzümə sevgi etirafları, filan söhbətlər hələ gəlib çatmayıb - "Facebook"u çıxmaq şərti ilə. Amma mənim ətrafımda işləyən uşaqlara gələn kimi, yerindəcə rədd edirlər. Mənə, məsələ yalnız bağlandıqdan sonra gəlib çatır.

- Siz danışanda Azərbaycanın əksər kişiləri ehtiraslanır. Bəs görəsən, sizi nə ehtiraslandıra bilər?

-O-o-o... (gülür) İndi mən verdiyim sualları mənə verəcəksiniz?! Vay... vay... vay...! Bütün normal qadınlar necə, mən də elə...

- Sizi izləyən və tanımayan kişilər iddia edir ki, sizə sahib olmaq çətin deyil. Belə "yola yaxın" qadınsız, yoxsa, əksinə, əlçatmazsınız?

- Bütün qadınlar əlçatmaz olmalıdır. Çox böyük səhv edirlər belə düşünməkdə. Qulağıma hərdən xoşagəlməz söz-söhbətlər gəlib çatır. Bunlara əhəmiyyət vermirəm və normal baxıram. Əslində çoxları məni görəndə deyir ki, yəqin, indi sənin telefonun zənglərdən birtəhər olur. Ancaq inanın ki, yox. Düzdür, mənim ətrafımda olan insanlara bu cür sözlər deyirlər. O zaman isə dostlarım mənim həyatda necə biri olduğumu onlara başa salırlar.

- Hər zaman sizin verilişinizə baxanda, bu sual ağlıma gəlir. Çəkiliş zamanı oturmağa yer tapmırsınız? Divan o qədərmi balacadır? Niyəsə hər zaman divanın küncündə, başında, kənarlarında otursunuz..

- Mən seçilməliyəm, ya yox... Ailə üzvlərim verilişlərimə çox baxmır. Ancaq təsadüfən baxanda hər zaman bunu mənə qüsur tuturlar. Zarafatla deyirlər ki, sən oturmağa yer tapmırsan, gərək gedib orda oturasan? Mən də deyirəm ki, seçilməliyəm də.... (gülür)



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024