Mobil versiya
Qazax rayonunda seçicilərlə görüş keçirilib -Fotolar
Tarix: 18-01-2024 | Saat: 17:31
Bölmə:Seçki 2024 | çapa göndər

Qazax rayonunda seçicilərlə görüş keçirilib

17 yanvar 2024-cü il tarixdə qarşıdan gələn Prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Qazax Olimpiya İdman Kompleksinin idman zalında saat 11:00-da ilk dəfə səs verəcək gənclərlə və saat 15:00-da səhiyyə sahəsində çalışan seçicilərlə görüş keçirildi.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, YAP Təftiş Komissiyasının üzvü Səməd Seyidov, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Qazax rayon yerli təşviqat qrupunun üzvlərindən Akif Əmirov, Məmməd Yusifov, Pəri İbrahimova, Kamandar İbrahimov, Xatın Hüseynxanova, şəhid atası Qədir Əfəndiyev çıxış etdilər. Natiqlər böyük əminliklə bildirdilər ki, qarşıdan gələn taleyüklü, çox mühüm və vacib siyasi kampaniya olan Prezident seçkilərində səsvermə hüquqlu bütün vətəndaşlarımız fəal iştirak edəcək və həmişə olduğu kimi haqqa, ədalətə, Heydər Əliyev siyasi kursuna, müstəqil, suveren Azərbaycanın xoş - firavan gələcəyinə, Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevə səs verəcəklər.
Çıxış edənlər onu da qeyd etdilər ki, Yeni Azərbaycan Partiyası bu seçkilərə “Qalib xalqın Qalib Lideri” şüarı ilə gedir. Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam, sevgi və etibar qazandırmışdır. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2003, 2008, 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində də cənab İlham Əliyevi öz müstəqil dövlətinə yenidən rəhbər seçmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev də dövlət başçısı kimi 20 illik fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri artıqlaması ilə yerinə yetirmiş, hər bir azərbaycanlının sevimli prezidenti olmuşdur, məhz Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sayəsində bu gün azərbaycanlılar dünyanın hər bir yerində qalib xalqın, qalib övladları kimi alnı açıq, başı uca, üzü ağ, qürurla yaşayır və fəaliyyət göstərirlər.

Görüşlər Yeni Azərbaycan Partiyası Himninin sədaları altında yüksək əhval-ruhiyyədə başa çatdı.  



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə