Mobil versiya
Bakıda prorektorun qətlində müəmmalı ailə sirri
Tarix: 17-01-2024 | Saat: 17:30
Bölmə:Seçki 2024 | çapa göndər

Bakıda prorektorun qətlində müəmmalı ailə sirri

Bakı Ağır Cinayətlər Məhkəməsində “Elm və Təfəkkür Universiteti”nin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşfiq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Metbuat.az-ın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Müşfiq Atakişiyevin vəkili Kamran Kərimov vəsatət verib. O, bildirib ki, təqsirləndirilən şəxs ifadəsində ailə sirri, kommersiya sirri təşkil edən məlumatlar verə bilər: “Təqsirləndirilən şəxslərin səmimi etiraf etməsi üçün prosesin qapalı keçirilməsi üçün vacibdir”.

Prokuror vəsatətin təmin olunmamasını istəyib.

Dövlət ittihamçısı bildirib ki, cinayət işinin materiallarında sirr təşkil edən hala rast gəlinməyib, əgər proses vaxtı bu hallar müəyyən edilərsə, həmin hissə qapalı keçirilə bilər.

Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə baxışı yanvarın 22-ə təyin olunub.

Qeyd edək ki,İstintaq materiallarına əsasən, "Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər görülüb.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edilib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə