Mobil versiya
Zəngəzur dəhlizi nə vaxt hazır olacaq?
Tarix: 10-01-2024 | Saat: 13:24
Bölmə:Manşet / İqtisadiyyat | çapa göndər

Zəngəzur dəhlizi nə vaxt hazır olacaq?

Zəngəzur dəhlizinin Azərbaycan hissəsinin inşası başa çatmaq üzrədir.

aia.az xəbər verir ki, bu barədə “TRT World”də dərc olunan məqalədə bildirilib.

Qeyd edilib ki, Çindən Türkiyəyə qədər uzanacaq dəhlizə daxil olan avtomobil və dəmir yollarının inşasının 2024-cü ilin sonuna qədər başa çatdırılması gözlənilir:

“Zəngəzur dəhlizinin Azərbaycan hissəsində dəmir və avtomobil yollarının inşası sürətlə davam etsə də, Ermənistan layihənin həyata keçirilməsi üçün heç bir addım atmır. Bununla bağlı Ermənistanla razılaşma olmadığından Azərbaycan alternativ yollar üzərində işləyir”.

Nəşrdə vurğulanıb ki, bəzi hissələri 4, digərləri 6 zolaqlı yola 58 yeraltı keçid, 27 körpü və 3 tunel daxildir: “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin koordinasiya etdiyi inşa prosesini Türkiyə şirkətləri həyata keçirir”.

Məqalədə məlumat verilib ki, Türkiyə ilə Azərbaycan həmçinin Qars şəhərini Naxçıvanla birləşdirəcək dəmir yolu layihəsi üzərində də çalışır: “Layihənin icrasına cari il ərzində başlanılacaq. Ümumiyyətlə, bu layihələr başa çatdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yeni nəqliyyat əlaqəsi yaranacaq. Eyni zamanda, Azərbaycandan keçməklə Türkiyə ilə Rusiya arasında fasiləsiz avtomobil və dəmir yolu əlaqəsi olacaq”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024