Mobil versiya
Cəlal Türksoy Rəsullu-dan bu vətəni unutdurmayan bir gözəl şer
Tarix: 27-09-2016 | Saat: 15:50
Bölmə:Seçilənlər-6 | çapa göndər




Cəlal Türksoy Rəsullu-dan bu vətəni unutdurmayan bir gözəl şer


İSTİQLAL

Qazandı bu millət istiqlalını
Qaldırdı zirvəyə öz hilalını
Çıxardı rusları məmləkətindən
Dünya heyran qaldı hərəkətindən
Yürüdü Xəzərə milli ordumuz
Qovuşdu dilinə ana yurdumuz
Türk dili baş oldu təhsilimizdə
Milli mədəniyyət tariximizdə
Öz milli pulumuz gəldi dövrana
Məsləhət bildilər manat adlana
Himnimi yazmışdı öz Cavadımız
Milli ruhda olan söz ustadımız
Onuda vurdular güllələdilər
Türkçüsən dedilər xain dedilər
Himnimə musiqi yazdı Üzeyir
Musiqi deyənlər Üzeyir deyir
Bu iki dahinin zəhmət əməyi
Musiqi himn oldu dövlətimizə
Gerbimiz dövlətin möhürü təki
Möhürləndi bizim ürəyimizə
Demişdi öndərim demişdi bizə
İstiqlal dönəcək vətənimizə
Üç rəngli bayrağı saxlayın yenə
O taqət verəcək dizlərinizə
Gəldi həmin məqam gəldi həmin an
İstiqlal qazandı bu Azərbaycan
Ancaq istiqlal da asan olmadı
Nələr yaşanmadı nə yaşanmadı
Cəbhədə döyüşlər yurdda döyüşlər
Siyasi məqamda gedir görüşlər
Qan tökmək sovetin əzəl işiydi
Əbədi siyasi əqidəsiydi
Millət göz yummuşdu ölümə naçar
Ancaq ölüm idi bu yola açar
Gördü sovetlər də bizdə mərdliyi
Yıxmağa çalışdı əzəmətliyi

Min doqquz yüz doxsan
İyirmisi yanvar
Dünya şahid oldu sovet zülmünə
Yürüdü sovetin tankı üzümüzə
Ölümlə qalmışdı millət üz-üzə
Silahsız millətə silah açdılar
Önünə gələni qırıb çapdılar
Söndü şəhərimin nuru-işığı
Bilmədi sovetlər kim savaşdığı
Tank ile silahla gəldi üstümə
Silahsız millətdi qarşılaşdığı
Yüzdən artıq şəhid vermişdi canın
Köksünə ötürdük Azərbaycanın
İstiqlal atəşi sönmədi içdən
Bu yol silinmədi ürəyimizdən
Nəsihət götürdük keçmişimizdən
Türklük cəsarəti mərdliyimizdən
Birləşib yürüdük meydana sarı
Azad olmalıydı Türkün diyarı
Savaşdıq vuruşduq töküldü qanlar
Getdi aramızdan şəhid olanlar
Yıxıldı sovetlər dağıldı birdən
Qurtuldu ölkələr əsarətindən
Dünyaya günəş tək doğdu vətənim
Tanıdı ilk dəfə Türkiyəm mənim
Bununla bitmədi işimiz həmin
Yenə parçalandı vətənim mənim
Yenə savaş idi yenə qan idi
Yenə də qorxulu bir məqam idi
Bitməmiş Bakımda savaş izləri
Qalmışdı küçədə o qan izləri
Qızışdı əzəli düşmənlərimiz
Od tutdu doğmaca yurd yerlərimiz
İli də çıxmamış şəhidlərimin
Gəlirdi üst-üstə şəhidlərimiz
Tarixi qədimdi İrəvanımın
Doğma vətənimin doğma canımın
Gömrüm,Zəngəzurum,Göyçə mahalım
İtirdim birbə-bir yoxdu alanım
Tarixə bir ləkə düşdü bax o gün
Verdik İrəvanı ermənilərə
Kaş ki qırılaydıq bataydıq o gün
Verməzdik yurdumu düşmənlərimə
Yurdumda yurd saldı düşmənimiz də
Yoxdu bir ixtiyar öz əlimizdə
Aldı şəhərlərim gözü doymadı
Qırğına başladı vətənimizdə
İtirə-itirə gəlmişdik amma
Qarabağ qalmışdı öz əlimizdə
İtirdik Ağdərə,Zəngilan,Laçın
İtirdik Şuşanı o elin tacın
İtirdik Xocavənd,Kəlbəcər,Ağdam
Olduq o ellərdə Vüqarlı dağdan
Füzuli,Qubadlı,Xocalımızdan
Neçə can ayrıldı öz canımızdan
Ayrıldıq doğmaca torpağımızdan
Orda şəhid oldu neçə oğullar
Könüllü getmişdi savaşa onlar
Bu savaş uğrunda neçə can getdi
Vurdu köksümüzə bir nişan getdi
Biri-bir ataydı,biri-bir qardaş
Biri-bir dost idi,biri-bir sirdaş
Biri bir ailəyə olmuşdu bir baş
Vətənim itirdi o cür vətəndaş
Erməni nankordu,erməni xain
O ki insanlıqdan almamış payin
Neçə ərlərimi şəhid edəndə
Neçə qadınları dayaqsız qoydu
Neçə balaları atasız qoyub
Neçə anaları balasız qoydu
Bunlar azmış kimi qadına zülmə
Bunlar azmış kimi anaya zülmə
Bunlar azmış kimi balaya zülmə
Anaya,Balaya,Qadına da o
Min bir işgəncəylə ölüm yaşatdı
Yardı anaların bağrını əllə
Çıxarıb bətnindən doğmamış körpə
Doğmamış körpəyə verdi işgəncə
Gördüyüm bu dəhşət nədir ilahi
Torpaq üzərində o qan izləri
Uşaq cəsədləri sönmüş qəlbləri
Cəsədi üstündə işgəncləri
Görməyə gözlərim tab etmir Allah
Bu sənin qulundur sən yaratmısan
Sənin yaratdığın canidir Allah
Balaca şəhərdə balaca yerdə
Xocalı adlanan yaralı eldə
Neçə yurtdaşımız şəhid edildi
Şəhid olanların əksəriyyəti
Adi vətəndaşdı əskər deyildi
Çoxusu uşaqdı,qoca,qadındı
Nəyin ki o,əskər heç ər deyildi
Bu savaş deyildi qətliam idi
O yurddan milləti silməkdən ötrü
Millətə silahlı bir üsyan idi
Millətim didərgin düşdü yurdumdan
Kimi əlil oldu kim itgin düşdü
Kimi yaralıydı güllə yarası
Kimi yaralıydı övlad yarası
Yox idi yanında ciyər parası
Kiminin yox idi əli ayağı
Kiminin gəlmədi bizə sorağı
İtirdik yurdumuz o "Qarabağ"ı
Şəhid sıralandı çiyinlər üstdə
Axdı gözlerindən yaşı millətin
Getdi o torpağı daşı millətin
Səsləndi sədası quranın o an
Bizə qarşı olan bu haqsızlıqda
Yar olmadı bizə bizi yaradan
Erməni heç nəydi erməni heç kim
Dəstəyi var idi dünya gücündən
Gücün timsalıyla hücum edərək
Aldı torpağımı aldı daşımı
Şəhid saldı neçe vətəndaşımı
Qaçqın köçkün qoydu öz soydaşımı
Milyon soydaş indi evsiz-eşiksiz
Öz doğma yurdundan uzaqdır-uzaq
Ancaq arxayın ol xain erməni
Gün gələr tarixdən silərik səni
İrəvan,Zəngəzur Türkün vətəni
Gömrü,Qarabağım,Göyçəm də mənim
O yurdlar halalım doğma vətənim
Silərik o yurddan adını sənin
Türkün cəsarəti Türkün qeyrəti
Ucaldır daima uca milləti
O yurd vətənimiz, o yurd elimiz
Qədimdir o yurdda öz tariximiz
Vətən namusumuz vətən qeyrətdi
İtirsək namusu bu müsibətdi
Sanma o torpaqlar artıq sənindir
Kök salma ...
Yurdumda gəldi-gedərsən
Gələr hesab günü əlbət ki sən də
Tökdüyün qanlardan hesab verərsən
Ey mənim ərlərim ey igidlərim
Vətən yurd eşqiylə dolu qəlblərim
Düşmənin üstünə tək cəsarətlə
Yürüyən ey igid Mübarizlərim
Ey qəhrəman oğul ey Çingizlərim
Bayraq namus deyən ey Ramillərim
İgidlə qol-qola ey Fəridlərim
Namusla yaşayan vətən övladı
Yurdumda doğulan yurdun fərdləri.
Vaxt həmin vaxtdı bax məqam yetişdi
Oyan artıq yetər yatmaq bəsindi
Silahlan təmizlə ana torpaqdan
Namusa göz dikən o düşmənləri
Çağırır Mübariz çağırır səni
Necə tək başına qırdı düşməni
Düşmən cəsarətə heç inanmadı
Sandı böyük ordu qırdı düşməni
Yurdumda gör neçə Mübarizlər var
Çünki Türk qadını igidlər doğar
Bizi qanda boğan o düşmənləri
Bir gün igidlərim qanında boğar

Ey ali komandan cənab prezident
Emr eylə yeriyək düşmən üstünə
Çünki çox ağırdır bu yük üstümə
Torpaq namusumdur Torpaq qeyrətim
Namussuz yaşamaq ar gəlir mənə
Çal cəngim bir zəfər nəğməsini çal
Çal düz igidlərim cəbhə boyunca
Haqsızlığa susub nadan olunca
Haqla şəhidliyi tuturam uca

Bu vətən gör neçə başlar ötürdü
Sovetlər ötürdü şahlar ötürdü
Susmadı bu millət susmadı ancaq
İstiqlal atəşi sönmədi heç vaxt
Millətin qəlbində azadlıq eşqi
Azadlıq duyğusu ölmədi heç vaxt
Gələcək istiqlal gələcək bizə
Bayraq göndərəcək Bakım Təbrizə
Milyonlar yurd deyib verib səs-səsə
Bir avaz verəcək tək himnimizə
Tehran heykəl qoysun Türk dilimizə
Sinmədi Türklüyüm o içinizə.
Biz dayaq olmasaq Bir-Birimizə
Kim sahib çıxacaq vətənimizə?
Araz ayrılıqdı Araz həsrətdi
Bir çayın gücünə milyonun gücü
Çatmırsa bu bizə bir qəbahətdir.

Qalx ayağa-Qalx Təbrizim
Niyə belə boynun büküb sən yatmısan
Görürsən ki sənsiz axı mən bir heçəm
Zülmət olub həm gündüzüm aylı gecəm
Qalx ayağa sönməsin bu istiqlala mübarizən

Qalx ayağa-Qalx Təbrizim
Səttərxanın yata bilmir məzarında
Qalx ayağa-Qalx Təbrizim
Əsarətin zəncirini qoyma qala boğazında

Qalx ayağa-Qalx Təbrizim
Qalx ki baş ol sən yurduma
Gələn keçib-Gedən keçib
Hər ötən bir baş olubdur
Başsız ikən bu yurduma

Qalx ayağa-Qalx Təbrizim
Niyə məzlum oldun belə
Qalx ayağa axsın qanın dönsün gölə
Məzlumluğu boğ özündə
Cəsarətin çıxsın önə
Təbrizimin ey fərdləri
Dönün baxın Babəkimə Tomrisimə
Hər biriniz Tomris olun Babək olun
Düşmənlərin önündə siz
Qalxan deyil qılınc olun

Harda qaldı axı Türkün cəsarəti
Türklük qəbul eyləməzdi əsarəti
Cəsarətmi çətin gəlir indi sizə?
Bu sözdəki bircə hərif (c)
Yatmaz oldu dilinizə
Ey Təbrizim yurduma baş
Ayıq olun nəzər edin elimizə
Qalx ayağa Qalx Təbrizim
Ümidimiz qalıb sizə

İrəvanım ağlar zar-zar
Naxçıvanım yurddan ayrı güllü bahar
Dərbəndimiz quzeyimdə qala divar
Ayrı qalıb vətənindən əllərində yox ixtiyar

Zəngəzurum Qarabağım
İtirdiyim her torpağım
Saz oynadan dağ Borçalım
Mosulum,Kərküküm,Ərbilim mənim
Gözlərin önündə görürsən ki sən
Necə parçalanmış vətənim mənim
Oyatsın bu ahım oyatsın səni
Yoxmu damarında qeyrətin sənin

Dənizdən dənizə böyük bir vətən
Körfəzdən körfəzə mən azad keçəm
Kəngərli deyişmiş adı fars olmuº
Türklüyün farsamı oyuncaq olmuş

Bu Xəzər dənizi o Qara dəniz
İstanbul körfəzi Kəngər körfəzi
Hər iki körfəz də bir Türk körfəzi
Yurdumdan çox gəlir düşmənin səsi
Narahat oluram kəsin o səsi

Qoru vətənini,qoru dilini
Qoru milli olan hər bir şeyini
Cəsarət dolaşsın damarlarında
Götür bayrağını as diyarında
"SON"



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024