Mobil versiya
Məktəblərdə gender bərabərliyi mövzusu tədris olunacaq
Tarix: 30-12-2023 | Saat: 12:32
Bölmə:Karusel / Təhsil | çapa göndər

Məktəblərdə gender bərabərliyi mövzusu tədris olunacaq

Dərsdənkənar məşğələlərin məzmununa yeni mövzunun daxil edilməsi təklif edilir.

aia.az xəbər verir ki, bunula bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilir.

Dəyişikliyə əsasən, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində tədris olunan müvafiq fənn və dərsdənkənar məşğələlərin məzmununa təhsilalanların yaş xüsusiyyətləri nəzərə alınmaqla, qarşılıqlı hörmət, qarşılıqlı yardım, mübahisələrin qeyri-zorakı yollarla həlli, gender bərabərliyi və şəxsiyyətlərarası münasibətlərə dair mövzuların daxil edilməsi təklif edilir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024