Mobil versiya
Səbail rayonunda “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olunub - FOTOLAR
Tarix: 29-12-2023 | Saat: 13:32
Bölmə:Seçki 2024 | çapa göndər

Səbail rayonunda “Heydər Əliyev İli”ndə fərqlənmiş gənclər təltif olunub

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 noyabr tarixli Sərəncamının icrası ilə əlaqədar Səbail rayonunda il ərzində keçirilmiş yaradıcılıq festivallarının, müxtəlif nominasiyalar müsabiqələrin qaliblərinin mükafatlandırma tədbiri keçirilib.

aia.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov, RİH başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları və fəal gənclər iştirak ediblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunmuş 2023-cü ilin ölkəmizin ictimai-siyasi həyatı baxımından mühüm əhəmiyyət daşıdığını bildirən Rayon İcra Hakimiyyəti başçısı Vuqar Zeynalov “Tədbirlər Planı”nın təsdiqlənməsi Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin çoxşaxəliliyini, miqyasının böyüklüyünü təsdiqlədiyini diqqətə çatdırıb. Tədbir zamanı cari il ərzində keçirilən tədbirlər və konfransların Heydər Əliyev epoxasının reallıqlarını və ideyallarını cəmiyyətə çatdırmaqla bərabər, həm də müstəqil Azərbaycan dövlətinin müasir mərhələsinin möhtəşəm nailiyyətlərini əhatə etdiyi qeyd olunub.

Sonda Səbail rayonunda il ərzində keçirilmiş tədbir və müsabiqələrdə fərqlənmiş gənclər Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təltif olunublar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə