Şahin Xurşudov: “Azərbaycan Prezidenti bütün dünyada hər bir kəlməsinin imzası qədər çəkisi olan siyasi lider və dövlət başçısı kimi tanınır”
Tarix: 28-12-2023 | Saat: 12:51
Bölmə:Özəl | çapa göndər
“Azərbaycanda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkiləri bütün xalqımız üçün əlamətdar, tarixi əhəmiyyət kəsb edən bir hadisə olacaq. İlk növbədə bu seçkilər Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra keçirilən ilk seçki olacaq. Ən əhəmiyyətli məqam isə, budur ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Beləliklə də növbədənkənar Prezident seçkiləri həm də dövlət suverenliyimizin təsbiti olacaqdır. Bu, xalqımızın öz Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Cənab Prezident İlham Əliyev bir müddət əvvəl həmin ərazilərdə Azərbaycanın Dövlət Bayrağını şəxsən özü ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmış, ən böyük xoşbəxtliyi bəxş etmişdir.”
Bu sözləri ölkəmizdə gələn ilin fevral ayına təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı saytımıza verdiyi açıqlamasında Gəncə Dövlət Universitsti Tədris məsələləri üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Şahin Xurşudov deyib.
Fikirlərini davam etdirən müsahibimiz növbədənkənar seçkilərin təyin olunmasının bütün dünyada tətbiq olunan və normal qəbul edilən bir təcrübə olduğunu qeyd edib: “Hər bir sivil, demokratik ölkənin dövlət başçısının vəzifə və səlahiyyətləri həmin ölkənin qanunları ilə müəyyən edilir. O cümlədən Azərbaycan qanunvericiliyinə əsasən növbədənkənar Prezident seçkilərinin təyin olunması da birbaşa Ölkə Prezidentinin səlahiyyətlərinə aiddir. Eyni zamanda da növbədənkənar seçkilərin keçirilməsi bütün dünyada qəbul olunmuş siyasi təcrübədir. Bir vacib məqamı da nəzərə almaq lazımdır ki, bu qərar ölkəmizdə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da, seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara imkan yaradılıb. Əlbəttə ki, bu yanaşma tərzi ölkədə ədalətli siyasi rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir. Bu mənada seçkilərin keçirilməsi ilə bağlı ifadə olunan istənilən narazılıq və iradlar əsassızdır və yalnız qərəzli mövqeyin nümayişi kimi dəyərləndirilməlidir.”
Həmçinin GDU-nun prorektoru Yeni Azərbaycan Partiyası tərəfindən cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinə münasibət bildirərək vurğulayıb ki, məhz dövlət başçımızın rəhbərliyi ilə bu gün Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya sahib olan, sürətlə inkişaf edən, sözün əsil mənasında müstəqil və dünya miqyasında nüfuzlu bir ölkəyə çevrilib: “Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevin namizədliyini irəli sürüb. Bu barədə qərar YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında qəbul edilib. Birmənalı olaraq qeyd etmək lazımdır ki, bu qərar bütün Azərbaycan xalqının siyasi iradəsinin ifadəsidir. Etiraf olunmalıdır ki, bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin nail olduğu bütün nailiyyət və qələbələr bilavasitə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursu nəticəsində əldə olunmuşdur. Möhtərəm dövlət başçımızın müdrik rəhbərliyi nəticəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilmiş, ölkəmizdə sabitlik və davamlı inkişaf təmin edilmişdir. Artıq uzun müddətdir ki, regionun alternativsiz lider dövləti kimi çıxış edən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayan, bütün Avrasiyanın enerji xəritəsini dəyişən aktorlardan birinə çevrilib. Bir çox Avropa ölkələri ilə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan bu gün dünyada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi qəbul olunur.”
Sonda Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illər ərzində öz xalqına verdiyi istisnasız bütün vədlərinə tam əməl etdiyini vurğulayan müsahibimiz bunları deyib: “İlk növbədə bunu qeyd etmək lazımdır ki, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün beynəlxalq aləmdə sözü ilə əməli bir olan, hər bir kəlməsinin imzası qədər çəkisi olan siyasi lider, dövlət başçısı kimi tanınır. O cümlədən, möhtərəm cənab Prezident 2003-cü ildən bu günə qədər Azərbaycan xalqına verdiyi bütün vədlərinə tam əməl edib. 2020-ci ilin sentyabr-noyabr aylarında apardığı və parlaq Zəfərlə başa çatdırdığı Vətən müharibəsinin nəticəsi olaraq Azərbaycan torpaqlarının 30 il davam edən işğalına son qoydu. Bu qələbə nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yarandı və Azərbaycan bu reallıqların müəllifi kimi özünü dünyaya yeni simada təqdim etdi. Müharibədən sonra keçən üç il ərzində Azərbaycan özünün ərazi bütövlüyünü təmin etdi. Cari ilin 19 sentyabr tarixində keçirilmiş antiterror əməliyyatı nəticəsində isə, Qarabağda separatçılığa birdəfəlik son qoyuldu və ölkənin bütün ərazisində dövlət suverenliyimiz bərpa olundu. Bütün bu tarixi nailiyyətlər Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl strategiya nəticəsində mümkün oldu. Heç bir şübhə yoxdur ki, 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində Azərbaycan xalqı hər zaman olduğu kimi, yenə də öz Prezidentinin yanında olacaq və öz səsini ölkəmizdə Ulu Öndər Heydər Əliyev siyasi xəttinin davam etdirilməsinə verəcək” – deyə, Şahin Xurşudov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025