Mobil versiya
BŞ daha bir genişmiqyaslı müharibənin başlamasına icazə verib
Tarix: 27-12-2023 | Saat: 19:22
Bölmə:Özəl | çapa göndər

BŞ daha bir genişmiqyaslı müharibənin başlamasına icazə verib


Yəmən husi üsyançılarının Qırmızı dənizdə gəmiçiliyə hücumları Yaxın Şərqdə hərtərəfli müharibə riskini artırır. Bloomberg xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin deyib.
“Biz regionda münaqişəni gərginləşdirməyə çalışmasaq da, xalqımızı və əmlaklarımızı qorumaq üçün əlavə lazımi tədbirlər görməyə qərarlıyıq və tam hazırıq”, - deyə müdafiə rəisi bildirib.Materialda həmçinin vurğulanır ki, ABŞ hakimiyyəti Qırmızı dənizdə husilərin aktivləşməsini şiə üsyançılarının Amerikanın Suriya və İraqdakı hərbi bazalarına hücumları ilə əlaqələndirir. Ehtimal olunur ki, bu hücumların arxasında İran ola bilər ki, bu da regionda vəziyyətin gərginləşməsinə gətirib çıxarır. Öz növbəsində İslam respublikasının hakimiyyət orqanları hər hansı əlaqəni inkar edir.Bundan əvvəl Ənsar Allah paramilitar qruplaşmasının husi üsyançıları Qırmızı dənizdə Liberiya bayrağı altında üzən MSC United konteyner gəmisinə raket hücumuna görə məsuliyyəti öz üzərinə götürmüşdülər. Yəmənli üsyançıların vurğuladığı kimi, husilər bölgədə sərbəst naviqasiyanı pozmur, sadəcə olaraq İsraillə əlaqəli gəmilərin yola düşməsinin qarşısını alırlar.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə