Mobil versiya
Dünya bazarında düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə çatıb
Tarix: 27-12-2023 | Saat: 17:53
Bölmə:Özəl | çapa göndər

Dünya bazarında düyü qiymətləri son 15 ilin ən yüksək səviyyəsinə çatıb

Dünya bazarında düyü qiymətləri son 15 ilin ən yüksək həddinə çatıb. Bloomberg bu barədə Tayland Düyü İxracatçıları Assosiasiyasına istinadən xəbər verir.Onun məlumatlarına görə, Tailand ağ düyününün dəyəri üç həftə ardıcıl olaraq bahalaşaraq dekabrın 27-də bir ton üçün 659 dollara çatıb.

“Bu, 2008-ci ilin oktyabrından bəri ən yüksək göstəricidir”, mətndə deyilir. Bloomberg bu artımın səbəbi kimi ən böyük taxıl ixracatçısı Hindistandan tədarük məhdudiyyətlərini və məhsul çatışmazlığına səbəb olan pis hava şəraitini göstərib. Agentlik qeyd edib ki, düyü Asiya və Afrikada bir milyard insanın pəhrizinin vacib hissəsidir və onun bahalaşması "inflyasiya təzyiqini artıra və idxal xərclərinin artmasına səbəb ola bilər". Bunun fonunda artıq bəzi ölkələr alışlarını artırmağa başlayıblar.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə