Mobil versiya
Rusiya bölgəsində külək insanları aparmağa başlayıb
Tarix: 27-12-2023 | Saat: 17:23
Bölmə:Özəl | çapa göndər

Rusiya bölgəsində külək insanları aparmağa başlayıb

Qasırğalı küləklər səbəbindən Omsk vilayətində bir neçə federal avtomobil yolu bağlanıb.Sərnişin daşımaları, o cümlədən taksilər üçün Novosibirsk, Tümen, Çelyabinsk, eləcə də Qazaxıstana gedən yollar bağlanıb. Bölgədə buzlanma və qar yağması müşahidə olunur. Bəzi avtomobillər yolda qalıb. İnternetdə yayımlanan kadrlardan görünür ki, magistralın kənarında bir neçə minik avtomobili və “Qazel” dayanıb. Yolda insanlar da var. İki kişi yolu keçməyə çalışsalar da, güclü külək onları uçurub. Onlardan biri dördayaq üstə düşür və yolun o tərəfinə sürünməyə çalışır. Köməyə bir polis gəlir, onun sayəsində adam yolun digər tərəfində özünü tapmağı bacarır.Bölgədə hərəkət məhdudiyyəti dekabrın 27-si axşam saatlarına qədər qüvvədədir.

Bundan əvvəl güclü külək səbəbindən Dağıstanın 57 yaşayış məntəqəsində 127 mindən çox insan işıqsız qalıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə