Mobil versiya
"Azəriqaz" İB yanında yeni yaradılan İctimai Şuranın ilk iclası keçirildi -Foto
Tarix: 27-12-2023 | Saat: 16:57
Bölmə:Seçki 2024 | çapa göndər

"Azəriqaz" İB yanında yeni yaradılan İctimai Şuranın ilk iclası keçirildi

Vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə “Azəriqaz” İstehsalat Birliyi yanında yaradılmış İctimai Şuranın ilk iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələ Şuranın sədrinin, sədr müavininin və komissiyaların sədrlərinin seçilməsi olub. Şuraya sədr seçilmək üçün "Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyinin sədri Elçin Salmanovun namizədliyi irəli sürülüb. Keçirilən səsvermənin nəticəsinə əsasən iki il fəaliyyət göstərəcək İctimai Şuraya Elçin Salmanov sədr, İlahə Əliyeva isə sədr müavini seçilib. Eyni zamanda Ədil Ədilzadə Müraciətlərin təhlili, Araz Əhmədov isə Monitorinqlərin təşkili komissiyalarının sədri seçiliblər.
Qeyd edək ki, dekabr ayının 19-da “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şuranın yaradılması ilə bağlı seçkilər keçirilib. Vətəndaş cəmiyyəti institutlarından təqdim olunan 23 namizəd arasından 7 nəfər səs çoxluğu ilə Şuraya üzv seçilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə