Mobil versiya
Nəsimi Bələdiyyəsində “Korrupsiyaya YOX deyək!” mövzusunda tədbir keçirilib -Fotolar
Tarix: 27-12-2023 | Saat: 09:34
Bölmə:Özəl / Seçki 2024 | çapa göndər

Nəsimi Bələdiyyəsində  “Korrupsiyaya YOX deyək!” mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında 3199 nömrəli 04 aprel 2022-ci il tarixli Sərəncamının “Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının işçilərində, o cümlədən tibb və təhsil işçilərində antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə tədbirlər görülməsi”nə dair 6.2-ci bəndinin icrası ilə bağlı 24 fevral 2023-cü ildə Nəsimi Bələdiyyəsinin inzibati binasında Korrupsiyaya Qarşı Mübarizə mövzusunda tədbir keçirilib. Bələdiyyə qulluqçuları arasında maarifləndirmə məqsədilə “Korrupsiyaya YOX deyək!” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Nəsimi Bələdiyyəsinin sədr müavini Rahib Hacıyev açaraq bildirib ki, “Bu gün Azərbaycan sosial-iqtisadi həyatın bütün sahələrində sürətli inkişafa nail olmuşdur. Artıq Azərbaycan regionda siyasi cəhətdən ən sabit ölkə, demokratikləşməni və hüquqi dövlət quruculuğunu getdikcə dərinləşdirən və inkişaf etdirən, sosial siyasəti uğurla həyata keçirən bir ölkə kimi tanınır. O cümlədən, ölkəmizdə pis vərdişlərlə yanaşı cinayətkarlıqla da geniş mübarizə tədbirləri həyata keçirilir. O bildirib ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamlı olmasını təmin etmək, rüşvətxorluğa şərait yaradan halların qarşısının alınması məqsədi ilə islahatlar aparılır. Bu günkü tədbirimiz də Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Tədbirdə bələdiyyənin əməkdaşı İmanov İlham Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illəri əhatə edən çoxşaxəli Milli Fəaliyyət Planının fərqli fəaliyyət istiqamətləri, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi imkanları barədə danışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə