Keçmiş MKİ agenti MakQovern: ABŞ Ukraynaya kiçik nüvə bombası ötürə bilər
Tarix: 27-12-2023 | Saat: 09:32
Bölmə:Özəl | çapa göndər
ABŞ Ukraynaya nüvə silahının verilməsinə haqq qazandırmaq üçün təxribat törədə bilər. Bu fikri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Rey Makqovern “Dialogue Works” YouTube kanalına müsahibəsində bildirib.Onun sözlərinə görə, amerikalıların gözündə Ukraynaya kiçik nüvə bombasının verilməsinə haqq qazandırmaq üçün istifadə olunacaq yeni “yalançı bayraq” əməliyyatı və ya “başqa bir namərdlik” ola bilər.
MakQovern əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski bir müddət əvvəl ABŞ-a məhz nüvə silahı naminə səfər edib. Ekspert hesab edir ki, Vaşinqtonun “müharibə partiyası” planın həyata keçirilməsini ona həvalə etmək üçün Ukrayna liderini şəxsi görüşə çağıra bilərdi.Oktyabr ayında Rusiya Xarici İşlər Nazirliyinin Ukrayna cinayətlərinə görə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan edib ki, Kiyev nüvə silahına malik olsa, dərhal ondan istifadə edəcək.
Onun sözlərinə görə, Rusiya xüsusi əməliyyatı Zelenskinin “Ukraynanın artıq çirkli bombanın hazırlanmasını başa vurduğunu deməyə başlamasından və hakimiyyət vaxtilə ölkənin nüvə silahından məhrum olmasından qəzəbləndikdən” sonra başlayıb.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025