Qələbənin əbədiləşdirilməsi
Tarix: 26-12-2023 | Saat: 15:43
Bölmə:Özəl | çapa göndər
Tarixinin ən güclü Azərbaycanı, torpaqlarını döyüş yolu ilə işğaldan azad edən dövlət, regionda və dünyada söz sahibidir. Olduqca qürurvericidir ki, bu gün vətənimiz haqqında söz açanda, keçdiyimiz inkişaf yollarına nəzər salanda ilk növbədə məhz belə ifadələrdən istifadə edirik. Bu gün ölkə Prezidenti İlham Əliyevin dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən beynəlxalq təşəbbüsləri qlobal təşkilatların gündəliyinə daxil olub. Beynəlxalq birliyin Azərbaycana olan inam və etimadının durmadan artması, ölkəmizin təşəbbüsləri, layihələri ilə Avropanın enerji xəritəsini dəyişməsi, dünya miqyasında ən güclü ordularından birini formalaşdırmaq, əhalinin rifahının yaxşılaşdırılması, xalq-dövlət birliyi müstəqillik tariximizin ən böyük nailiyyətləridir.
Prezident İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciətində bu məqamı yada salmışdır: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi”. Cənab Prezidentin fəaliyyətindən diqqət çəkən əsas cəhət xalqa güvənməsi və xalqla bir yerdə olmasıdır.Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Bununla cənab Prezident düz 20 il əvvəl xalqa verdiyi söz tam yerinə yetirdi.Çünki xalqımızın qərarı və iradəsi müstəqil Azərbaycanın tarixinə ən şanlı səhifənin yazılmasının səbəbkarı olan, 30 illik işğala son qoyan, Qarabağ həsrətinə, Şuşa həsrətinə son qoyan, Ulu Öndərin xalqımıza miras qoyduğu dövləti, dövlətçilik ənənələrini qoruyaraq daha da inkişaf etdirən, “Dəmir yumruğ”u yaradan Prezidentin - Müzəffər Ali Baş Komandanın seçilməsi ilə nəticələnib. Cənab Prezident bu illər ərzində ad günü zamanı adətən məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşüb, sosial obyektlərin açılışında iştirak edib. Belə görüşlərdə Prezidentin verdiyi mesajlar hər birimizin torpaqlarımızın işğaldan azad olunacağı ilə bağlı inamını daha da gücləndirirdi. Həm də cənab İlham Əliyev açıq şəkildə bəyan edirdi ki, sülh danışıqları nəticəsiz qalarsa, Azərbaycan güc yolu ilə ərazilərini işğaldan azad edəcək. Bunun üçün həyata keçirilən hərbi islahatlarla Silahlı Qüvvələrin bütün qoşun növlərinin döyüş hazırlığı ən modern səviyyəyə çatdırıldı. Azərbaycanın Müzəffər Ordusunun 1 günlük lokal xarakterli anti-terror əməliyyatı separatçıları ağ bayraq qaldırmağa vadar etdi.İki gün öncə ermənilərin mina terroru Azərbayan xalqının səbr kasasını daşıran son damla oldu. 44 günlük Vətən müharibəsidə olduğu kimi 24 saatlıq anti-terror əməliyyatı da ermənilərin biabırçı məğlubiyyəti ilə nəticələndi. Növbəti qazandığımız bu möhtəşəm zəfər xalqımızın Ali Baş Komandan İlham Əliyevə və ordumuza olan inamını ikiqat artırdı. Beləliklə, Prezident İlham Əliyev nə demişdisə, necə demişdisə, elə də etdi. Dövlətimizin başçısı 2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsinə nail olmaqla böyük bir tarixi və şərəfli missiyanı yerinə yetirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyev sərkərdə qətiyyəti ilə dövlətçilik tariximizin şərəf salnaməsini yaratdı.
Azərbaycan artıq Cənubi Qafqazın tanınmış lideri və “dondurulmuş” hesab edilən münaqişəni həll edə bilən yeganə dövlətdir. Azərbaycan təkcə Cənubi Qafqaza deyil, bütün dünyaya fayda gətirən layihələrin təşəbbüskarı və həyata keçirən dövlətdir. Üstəlik, bəzən ölkəmiz bunu bir çox güclərin planlarına zidd olaraq edir. Bu, Prezident İlham Əliyevin siyasi qətiyyəti, dürüstlüyü, parlaq düşünülmüş strategiyası, vətənpərvərliyi sayəsində mümkün olmuşdur. Adı müasir Azərbaycan taxində qızıl hərflərlə yazılan Prezident, Ali Baş Komandan, görkəmli ictimai-siyasi xadim İlham Əliyev bundan sonra da dövlətimizin və dövlətçiliyimizin inkişafını böyük əzmlə davam edəcək. Bu, tək Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan hər bir Azərbaycanlının inamıdır.Prezident İlham Əliyev diplomatiyasının əsasında dayanan ən mühüm ideya xalqa arxalanan, xalqa güvənən, xalqın dəstəyi ilə həyata keçirilən, birlik və həmrəylik mühitinin inkişafına xidmət edən dayanaqlı demokratik ənənələrin formalaşmasına xidmət edən mütərəqqi siyasətdir.
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025