Türk dünyasının Turizm Paxtaxtı 2023 – Şamaxı”nın bağlanış mərasimi keçirilib -Fotolar
Tarix: 26-12-2023 | Saat: 14:53
Bölmə:Parlament | çapa göndər

26 dekabr tarixində Şamaxıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə “Türk dünyasının Turizm Paxtaxtı 2023 – Şamaxı”nın bağlanış mərasimi keçirilib.
Tədbirdə TDT-nin üzv dövlətlərindən turizm üzrə məsul qurumların nümayəndələri, Qazaxıstan Respublikasının Türkistan şəhərinin və Şamaxı rayon İcra Hakimiyyətinin nümayəndə heyətləri iştirak edib.
Bağlanış mərasimində Şamaxı ilə yanaşı 2024-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilmiş Türkistan şəhərinin turizm potensialı tədbir iştirakçılarına təqdim edilib, təbliğat video-çarxları nümayiş etdirilib.
Bağlanış mərasiminin sonunda Qazaxıstanın Türkistan şəhərinin 2024-cü il üçün "Türk dünyasının turizm paytaxtı" seçilməsi ilə əlaqədar simvolik açar Türkistanın nümayəndə heyətinə təqdim edilib.
Xatırladaq ki, 2022-ci ilin 23-24 may tarixlərində Şamaxı şəhərində təşkil edilmiş Türk Dövlətləri Təşkilatının Turizm üzrə Nazirlərinin 7-ci iclasında Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-02-2025