Mobil versiya
Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində Ukrayna pasportu ilə səs verməyə icazə verib
Tarix: 26-12-2023 | Saat: 09:37
Bölmə:Özəl | çapa göndər

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkilərində Ukrayna pasportu ilə səs verməyə icazə verib

Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova yeni regionlarda Ukrayna pasportu ilə prezident seçkilərində səsvermə imkanına icazə verib."Orada daimi yaşayan, lakin nədənsə Rusiya pasportunu ala bilməyən və ya başına bir şey gələn insanların şəxsiyyətini təsdiq edən sənəddən istifadə edərək səsvermə hüququna malik olması vacibdir", - o, TASS-a müsahibəsində deyib.

Bununla belə, Pamfilovanın sözlərinə görə, səsvermə sənədləri ilə bağlı yekun qərarı yerli hakimiyyət orqanları verəcək.Bundan əvvəl Rusiya Mərkəzi Seçki Komissiyası 2024-cü ilin martına təyin edilmiş prezident seçkilərində səsvermənin hərbi vəziyyətin qüvvədə olduğu dörd yeni regionda da keçirilməsi barədə qərar qəbul etmişdi.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayevin sözlərinə görə, Mərkəzi Seçki Komissiyası Rusiyanın yeni regionlarında prezident seçkilərini pozmaq cəhdlərinə hazırdır.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə