Mobil versiya
Həftənin ilk "Açıq mikrofon"u Salmanbəyli kəndində baş tutdu -Fotolar
Tarix: 25-12-2023 | Saat: 17:59
Bölmə:Seçki 2024 | çapa göndər

Həftənin ilk "Açıq mikrofon"u Salmanbəyli kəndində baş tutdu

Həftənin ilk "Səyyar qəbul otağı" Ağcabədi rayonunun Salmanbəyli kəndində qurulub.

aia.az xəbər verir ki, görüş zamanı vətəndaşlar tərəfindən 9 müraciət səsləndirilib. Şöhrət Orucov və Qənimət Orucov fərdi tənzimləyicinin işləməməsi, Rafiq Məmmədov mənzilində istismarda olan qaz sayğacında sızmanın olması, Heydər Məmmədov isə kənd məscidinə güzəştli limitin verilməsinə köməklik olunması ilə bağlı müraciətlər ünvanlayıblar. Görüş zamanı fərdi yaşayış evinin qazlaşdırılması barədə səsləndirilən müraciətlərin sayı isə 5 olub. "Azəriqaz" İstehsalat Birliyinin Tərtər Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən bütün müraciətlər dinlənilib, vətəndaşlara lazımi izahatlar verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə