Manaf Manafov: “Azərbaycan xalqı hər zaman öz alternativsiz Liderinin – cənab Prezident İlham Əliyevin yanında olacaq”
Tarix: 23-12-2023 | Saat: 12:53
Bölmə:Özəl | çapa göndər
“Məlum olduğu kimi, dövlət başçımızın müvafiq Sərəncamına əsasən 2024-cü il 7 fevral tarixində ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Birmənalı olaraq demək lazımdır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra ilk dəfə keçiriləcək bu seçkilər sözün əsil mənasında əlamətdar, tarixi hadisə olacaq. Məsələ bundadır ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq Prezident seçkiləri artıq ölkəmizin istisnasız bütün ərazilərində, o cümlədən işğaldan azad edilmiş Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda keçiriləcək. Bu, Azərbaycan xalqının öz Prezidentinin rəhbərliyi ilə əldə etdiyi ən böyük tarixi nailiyyətdir. Bütün bu ərazilərdə Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bir müddət əvvəl müqəddəs bayrağımızı ucaltmaqla öz xalqına sonsuz qürur hissi yaşatmışdır. Üç il bundan öncə Azərbaycanın parlaq Zəfərlə başa vurduğu 44 günlük Vətən müharibəsi, eləcə də bu ilin sentyabrında uğurla keçirilmiş antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm Cənubi Qafqaz regionunda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar Prezident seçkiləri də mahiyyət etibarı ilə ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir.”
Bu sözləri aia.az-averdiyi müsahibəsində Nərimanov rayon MKTB-nin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Daha sonra müsahibimiz növbədənkənar seçkilərin elan olunmasının bütün dünyada tətbiq edilən normal siyasi təcrübə olduğunu vurğulayaraq bunları deyib: “Növbədənkənar prezident seçkilərinin elan olunmasında qeyri-adi heç nə yoxdur. Bəzi fövqəladə hallarda növbəti seçkilər təxirə salınır, bəzi hallarda isə vaxtından əvvəl keçirilir. Bu, bütün dünya ölkələrində tətbiq olunan bir siyasi təcrübədir. Növbəti və növbədənkənar seçki arasında yeganə fərq tarixlə bağlıdır. Seçkilərin növbədənkənar keçirilməsi ölkə vətəndaşlarının öz siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəkləri anlamına gəlir. Vacib olan önəmli məqam budur ki, növbədənkənar seçkilərin keçirilməsinə dair qərar ölkədə siyasi partiyaların üzvlərinin reyestrlərinin dövlət qeydiyyatına alınması prosesinin tamamlanmasından sonra qəbul olunub. Bununla da seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütün siyasi partiyalara bərabər imkanlar yaradılıb.”
Fikirlərini davam etdirən M.Manafov növbədənkənar seçkilərin elan olunması ilə bağlı bəzi siyasi partiya təmsilçilərinin ifadə etdikləri narazılıqların əsassız olduğunu vurğulayıb: “İstər növbədənkənar, istərsə də növbəti seçkilərdə bütün namizədlər eyni hüquqlara malikdirlər və bərabər öhdəliklər daşıyırlar. Eynilə namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir və təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Real potensialı və elektoratı olan bütün siyasi qüvvələr üçün seçkilərin keçirilməsi faktı özlərini təsdiqləmək üçün əlverişli fürsətdir. Bu mənada düşünürəm ki, seçkilərin keçirilməsi ilə bağlı olan istənilən narazılıq yalnız qərəzli mövqeyin və məhdud potensialın təcəssümü kimi dəyərləndirilə bilər. Bu arada bir vacib məqamı da diqqətdən qaçırmaq olmaz ki, bəzi Qərb dövlətləri hələ də ölkəmizin 2020-ci ildə əldə etdiyi tarixi Zəfərin qısqanclığını çəkirlər. Məhz bu dövlətlərin ölkəmizə qarşı hazırlaya biləcəkləri təxribatların qarşısının alınması baxımından da Azərbaycanın siyasi sisteminin gücləndirilməsi strateji əhəmiyyət kəsb edən bir məsələdir. Növbədənkənar seçkilər də məhz bu işə böyük töhfə olacaq.”
Sonda müsahibimiz Yeni Azərbaycan Partiyası tərəfindən növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə qərarın əslində bütün xalqın iradəsini ifadə etdiyini qeyd edib: “Bu gün Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövlətinin nail olduğu bütün nailiyyət və qələbələr bilavasitə Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi daxili və xarici siyasət kursu nəticəsində əldə olunmuşdur. Məhz cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionda və dünyada söz sahibinə çevrilmiş, ölkəmizdə sabitlik və davamlı inkişaf təmin edilmişdir. Artıq uzun müddətdir ki, regionun alternativsiz lider dövləti kimi çıxış edən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayan aktorlardan birinə çevrilib. Dövlət başçımızın uğurla həyata keçirdiyi enerji strategiyası bütün Avrasiyanın enerji xəritəsinin yenidən çəkilməsinə səbəb olub. Avropa İttifaqının bir çox ölkələri ilə münasibətlərini strateji əməkdaşlıq səviyyəsinə yüksəltmiş Azərbaycan bu gün dünyada və Avropada ən etibarlı tərəfdaş ölkələrdən biri kimi qəbul olunur. Cənab İlham Əliyev hələ 2003-cü ildə, ilk dəfə Ölkə Prezidenti seçildiyi vaxt öz xalqına verdiyi bütün vədlərinə tam əməl etdi. Bu gün Azərbaycanın dünya dövlətləri birliyində yüksək nüfuza, böyük hörmətə və aparıcı mövqeyə sahib olması cənab Prezident İlham Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında müstəsna xidmətlərinin nəticəsidir. Məlumdur ki, cənab Prezident İlham Əliyevin öz doğum günlərini sadə xalqın nümayəndələrinin əhatəsində, 2020-ci ildən bəri isə, işğaldan azad edilmiş ərazilərdə müxtəlif obyektlərin açılış və təməlqoyma mərasimlərində keçirməsi artıq çoxdan bir ənənə halını almışdır. Bütün bunlar bir daha göstərir ki, bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm bərpa-quruculuq işləri birbaşa cənab Prezident İlham Əliyevin nəzarətində həyata keçirilir və bu, ölkəmizin əsas prioritetlərindən olan işğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin olunmasını stimullaşdıran ən önəmli amillərdən biridir. Heç bir şübhə yoxdur ki, Azərbaycanın bundan sonrakı inkişafı da ölkəmizdə yalnız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasi kursunun davam etdirilməsi sayəsində təmin olunacaq. Buna görə də YAP İdarə Heyətinin 15 dekabr 2023-cü il tarixində keçirilmiş genişləndirilmiş iclasında gələn il keçiriləcək növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi yeganə ən doğru qərardır. Əminəm ki, bu seçkilərdə bütün Azərbaycan xalqı da hər zaman olduğu kimi, öz alternativsiz Liderinin yanında olacaq və öz Prezidentinin xarici və daxili siyasətini fəal surətdə dəstəklədiyini bir daha bütün dünyaya nümayiş etdirəcək” – deyə, Manaf Manafov müsahibəsini başa çatdırıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025