Siyasi acizliyin və məğlubiyyətin etirafı...
Tarix: 23-12-2023 | Saat: 13:38
Bölmə:Siyasət / Özəl | çapa göndər
Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyası cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidentliyinə namizədliyinin irəli sürülməsi barədə sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bundan başqa, ölkədə fəaliyyət göstərən ayrı-ayrı partiyaların rəhbərləri fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədliklərini irəli sürüblər. Potensialı və elektoratı olan siyasi partiyaların rəhbərləri yaxşı dərk edirlər ki, əslində demokratik cəmiyyətlərdə seçkilər bütün siyasi qüvvələr üçün yaxşı imkandır.
Təbii ki, respublikamızda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı qərarın qəbul olunmasını şərtləndirən tarixi reallıqlar var. Eyni zamanda, bu siyasi prosesin azad, ədalətli, şəffaf şəraitdə keçirilməsi üçün çox əlverişli demokratik mühit mövcuddur. Xüsusilə burada ən önəmli məqamlardan biri odur ki, müstəqil Azərbaycanın tarixində seçkilər ilk dəfə bütün ölkə ərazisində keçiriləcək.
Lakin utancverici haldır ki, AXCP və Müsavat kimi radikal müxalifət partiyaları yenə rəzil ənənələrinə sadiq qalaraq müxtəlif bəhanələrlə, əsassız iddialarla növbədənkənar prezident seçkilərində iştirak etməkdən imtina ediblər. Bu barədə AXCP-nin qurultayında partiyanın sədri Əli Kərimli bildirib. Həmçinin Müsavat Partiyasının başqanı Arif Haçılı da bildirib ki, onlar da seçkilərdə iştirak etməməyə qərar veriblər. Təbii ki, onların bu anormal qərarlarının bir səbəbi var: Cəmiyyətdə heç bir sosial dayağı olmayan bu partiyalar seçkilərdə uğur qazana bilməyəcəklərini bəri başdan proqnozlaşdırırlar. Ona görə də radikalların seçkilərin keçirilməsi ilə bağlı istənilən narazılıq və təxribatları yalnız qərəzli mövqe kimi dəyərləndirilməlidir.
Postseçkilərdən sonra öz qərəzli çıxışlarında həmişə seçkilər tələb edən radikal siyasi qüvvələrin gələn ilin fevralın 7-də nəzərdə tutulmuş prezident seçkilərinin keçirilməsi ilə bağlı qeyri-obyektiv yanaşmaları artıq ucuz demaqogiyadan başqa bir şey deyil. Aydındır ki, siyasətdə sağlam rəqabətin yeganə legitim vasitəsi olan seçkilərdə iştirak etməkdən imtinanın səbəbi cəmiyyəti qalmaqallı situasiyalara təhrik etməkdir. Bütün dövrlərdə yalnız manipulyasiya və siyasi alver ilə məşğul olan bu təxribatçılar seçkilərdə iştirak etməkdən imtina etməklə hətta az sayda olan öz tərəfdaşlarına belə hörmət etmirlər. Həmişə milli maraqlara xidmət etməkdən boyun qaçıran radikallar anlamalıdırlar ki, boykotun elan olunması həm də onların mənəvi-siyasi deqradasiyasıdır.
Təbii ki, növbədənkənar prezident seçkiləri İkinci Qarabağ müharibəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təsbitidir. Qətiyyətlə demək lazımdır ki, Ali Baş Komandanımız xalqımıza verdiyi vədlərə ən yüksək səviyyədə əməl etməklə Qarabağı və Şərqi Zəngəzuru işğaldan azad etdi. Bölgədə separatizmə son qoydu və status-kvonu dəyişdirdi, Silahlı Qüvvələrimizin hərbi uğurlarını siyasi-diplomatik müstəvidə uğurla davam etdirdi. Təbii ki, radikal müxalifətin rəhbərləri Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılan belə möhtəşəm qələbələrin müəllifinə rəqib ola bilməyəckləri və seçkilərdə ona ağır şəkildə məğlub olacalarını hər kəsdən yaxşı bildikləri üçün əsassız iddialar və müxtəlif bəhanələrlə seçkilərdən imtina yolunu seçdilər.
Radikalların seçkilərlə bağlı məntiqsiz çıxışlarına diqqət yetirsək görərik ki, bunlar ömürlərinin on illiklərini siyasi dəllalıqla məşğul olublar. Bu qaragüruhçuların «Seçkilər qəfil elan olunub, biz hazır deyilik» sözləri həm gülüş, həm də haqlı sual yaradır: 30 illik müxalifətçilik dövründə bunlar heçmi inkişaf edə bilmədilər?
Belə bir mühüm dövrdə ortalığa çıxarda biləcəkləri tutarlı arqumentlərinin yoxluğu və siyasi çevikliklərinin sıfır səviyyəsində olması bir daha göstərir ki, radikallar ancaq qeybət və ifrat tənqidçilikdə, böhtan atmaqda pərgardılar. Onların siyasi fəaliyyətlərinin əsl mənzərəsi belədir- cəmiyyətdə nüfuzları, intellektual potensialları, sadiq elektoratları hər gün əriməkdədir. Əvəzində onlarda formalaşan naqisliklərin ürəkbulandıran mənzərəsi belədir- antimillilik, bütün uğurlara qərəzlə yanaşmaq və s….
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025