Mobil versiya
İraq müqaviməti rejimin vəhşiliklərinə cavab olaraq İsrailin “Eilat” qəsəbəsindəki hədəfi vurub
Tarix: 22-12-2023 | Saat: 13:20
Bölmə:Özəl | çapa göndər

İraq müqaviməti rejimin vəhşiliklərinə cavab olaraq İsrailin “Eilat” qəsəbəsindəki hədəfi vurub

İraq İslami Müqaviməti İsrailin mühasirədə olan Qəzza zolağında apardığı soyqırım müharibəsinə cavab olaraq işğal olunmuş Fələstinin cənubunda yerləşən Eylat kimi tanınan Umm Rəşraş şəhərindəki hədəfi vurduğunu bildirib.

“İraqdakı İslami Müqavimət döyüşçüləri müvafiq silahlardan istifadə edərək işğal altındakı Umm-Rəşrəş (Eylat) bölgəsini hədəfə alıblar”, - deyə hərəkatın cümə günü yaydığı bəyanatda deyilir.

Hücum “Qəzzadakı xalqımıza dəstək və qəsb edən qurumun mülki fələstinlilərə qarşı törətdiyi qırğınlara cavab olaraq” həyata keçirilir.

Bununla belə, İsrail mediası iddia edib ki, İordaniya öz hava məkanında təyyarəni ələ keçirərək, İraq müqavimət qüvvələrinin Umm-Rəşraşa həyata keçirdiyi pilotsuz təyyarə hücumunun qarşısını alıb.

Oktyabrın 7-də Fələstinin müqavimət hərəkatı Həmas İsrail rejiminin fələstinlilərə qarşı on illərdir davam edən zorakılığına cavab olaraq işğalçı quruma qarşı sürpriz Əl-Əqsa Fırtınası əməliyyatı keçirdikdən sonra İsrail Qəzzaya qarşı müharibəyə başlayıb.

Hücumun başlanğıcından bəri Təl-Əviv rejimi 20.000-dən çox fələstinlini qətlə yetirib və 52.600-dən çox insanı yaralayıb.

İsrailin “tam mühasirəsində” olan Qəzzada dağıntılar altında daha minlərlə insan da itkin düşüb və öldüyü güman edilir.

Son məlumata görə, Qəzza zolağında fələstinli müqavimət döyüşçüləri ilə işğalçı İsrail qüvvələri arasında gedən döyüşlər zamanı Qəzzada iki İsrail əsgəri həlak olub.

İsrail hərbçiləri onların Tal Şua və Şai Ayeli olduğunu müəyyən ediblər. Açıqlamaya görə, Ayeli 21 nəfər Qəzzanın şimalında, Şua isə Qəzzanın cənubunda gedən döyüşlərdə şəhid olub.

Bu arada, Vaşinqtonun İsrailin mühasirədə olan fələstinlilərə qarşı hücumunu qətiyyətlə dəstəkləməsi ilə bağlı bölgədə anti-ABŞ əhval-ruhiyyəsi də yüksəlir.

İraq müqavimət qüvvələri həmçinin ABŞ-ın Suriya və İraqda qüvvələr və təlimçilərin yerləşdiyi əsas hərbi bazalarını da hədəfə alıb və ABŞ-ı İsrailin mühasirədə olan Qəzza zolağında fələstinlilərə qarşı hərbi cinayətləri maliyyələşdirməsi və dəstəkləməsi barədə xəbərdarlıq edib.

Oktyabrın 7-də müharibə başlayandan bəri Birləşmiş Ştatlar “özünümüdafiə” vasitəsi kimi İsrailin Fələstin ərazisinə vəhşicəsinə hücumlarını dəstəkləyib.

İsrailin ən böyük müttəfiqi olan ABŞ o vaxtdan bəri rejimi daha çox silah və sursatla təmin edib.

Vaşinqton həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğalçı rejimi təcavüzünü dayandırmağa çağıran qətnamələrinə veto qoyub.

aia.az
Tərcümə şöbəsi




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə