Mobil versiya
Uğurlu siyasətin qürurlu nəticəsi
Tarix: 22-12-2023 | Saat: 08:06
Bölmə:Siyasət / Özəl | çapa göndər

Uğurlu siyasətin qürurlu nəticəsi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 gələn il ölkəmizdə keçiriləcək. Bununla bağlı qərar plenar iclasında verilib. Cənubi Qafqazda ilk iqlim sammiti məhz Azərbaycanda baş tutacaq.
Dekabrın 15-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib.
Dövlətimizin başçısı müşavirədə çıxış edərək bu qərarın mühüm əhəmiyyət daşıdığını qeyd etmişdir: “Bir neçə gün bundan əvvəl ölkəmiz növbəti böyük uğura imza atmışdır, COP29 beynəlxalq konfrans Azərbaycanda, Bakıda keçiriləcək. Bu qərarı bütün dünya ölkələri bir neçə gün bundan əvvəl qəbul etmişdir və beləliklə, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir. Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.”
Belə bir qərarın antiterror əməliyyatından az sonra qəbul edilməsi, həmin qərarın qəbuluna Ermənistanın da səs verməsi ölkə başçısının apardığı siyasətin düzgün və məqsədyönlü olduğunu bir daha sübut etmişdir.

Ev sahibi olacaq ölkəmiz bu fürsəti Asiyaya açılan qapı və qitədə strateji oyunçu kimi öz traektoriyasını qlobal müstəviyə genişləndirmək və neft-qaz ölkəsi olmasına baxmayaraq, enerji mənbələrini daha çox külək və günəş enerjisi istiqamətində şaxələndirmək cəhətdən maksimum dəyərləndirməyə qərarlıdır. Belə strategiya ölkə iqtisadiyyatı və xüsusilə ixracını şaxələndirməkdən əlavə, investisiya, məşğulluq, biznes imkanları ilə həm də azad olunan ərazilərdə bərpa prosesinin intensivləşməsinə də ciddi töhfələr vermək iqtidarındadır.
Cənab prezident İlham Əliyevin enerji siyasətinin əsasını təşkil edən bu konsepsiya uğurla inkişaf etdirilir və hazırda bu sahədə həyata keçiriələn işlər çox böyük əhəmiyyətə malikdir.
Mə\lumdur ki. dünya ölkələri öz səylərini birləşdirərək bəşəriyyəti təhlükələrdən xilas etməyə çalışırlar. Məhz COP29-un növbəti ildə Azərbaycanda keçiriləcəyi ölkəmizin nüfuzundan irəli gələn bir hadisədir. Ölkəmiz belə layihələrə ev sahibliyi edərək böyük mənfəətlər, səmərələr əldə ediləcəkdi. Ölkəmiz bir daha qlobal miqyasda diqqət mərkəzinə gəlmiş olacaqdır. Ona görə də mühüm beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident müşavirədə bu məsələni ciddi olaraq vurğulamışdır: “İrimiqyaslı beynəlxalq tədbirlərin keçirilməsi təbii ki, üzərimizə böyük məsuliyyət qoyur. Ancaq biz bu günə qədər bir çox beynəlxalq tədbirlər keçirmişik. Hətta bu il Beynəlxalq Astronavtika Konqresini böyük müvəffəqiyyətlə keçirmişik. Onu da hər kəs bilir ki, bu mötəbər beynəlxalq tədbir ikinci dəfə Bakı şəhərində keçirilib. 50 il bundan əvvəl sovet Azərbaycanının paytaxtı olan Bakıda, bu il isə müstəqil Azərbaycanın paytaxtı olan Bakıda bu tədbir keçirilmişdir. Ancaq təbii ki, COP29 bu vaxta qədər keçirilmiş tədbirlərlə müqayisəyə gəlmir. Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq.”
Qeyd edək ki, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir.
Nəticə olaraq bildirək ki, Azərbaycanın, onun rəhbərinin həyata keçirdiyi siyasi xətt birmənalıdır; hər bir sahədə bəşəri dəyərlərə üstünlük vermək, eyni zamanda ölkəmizin beynəlxalq aləmdə nüfuzunu qaldırmaq. İnamla demək olar ki, biz bu tədbiri də adımıza uyğun şəkildə təşkil edəcək və dünyada ölkəmizə olan inamı bir daha möhkəmləndirəcəyik.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə