ABŞ konqresmenləri Rusiya Federasiyasından neftin qiymətinin yuxarı həddini ləğv etməyi təklif ediblər
Tarix: 21-12-2023 | Saat: 09:16
Bölmə:Özəl | çapa göndər
Bir qrup ABŞ konqresmeni Vaşinqton administrasiyasına Rusiya neftinə tətbiq edilən qiymət məhdudiyyətlərinin səmərəsizliyinə görə onlardan imtina etməyi və Rusiyanın enerji sektoruna qarşı sanksiyaları sərtləşdirməyi təklif edib. Çərşənbə günü Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin saytında qanunvericilərin Prezidentin Milli Təhlükəsizlik üzrə köməkçisi Ceyk Sullivana məktubu dərc edilib.Konqresmenlər anti-Rusiya sanksiyalarının sərtləşdirilməsi cəhdlərinin “yalnız Rusiyanın gəlirlərinin artmasına səbəb ola biləcəyi” xəbərdarlığını “məğlubiyyət bəyanatları” adlandırırlar. Onların fikrincə, ABŞ Avropadakı müttəfiqləri ilə birlikdə əlavə məhdudiyyətlər tətbiq etməlidir.Konqresmenlər hesab edirlər ki, “neftin qiymətinin tavanını tətbiq etmək sxeminin səhv olduğunu etiraf etməyin vaxtı çatıb”. Məktubu, xüsusən də ABŞ Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsinin sədri Patrik MakHenri (Respublikaçı, Şimali Karolinadan) imzalayıb. Maliyyə məsələlərinə nəzarət edən komitə və alt komitələrdə xidmət edən bir neçə digər qanunverici də onun Sullivana tövsiyələrini dəstəkləyib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
19-01-2025
18-01-2025
17-01-2025