Mobil versiya
Xarici İşlər Nazirliyi rusiyalı balıqçıların Danimarka üçün təhlükəsi ilə bağlı açıqlamalara cavab verib
Tarix: 21-12-2023 | Saat: 08:19
Bölmə:Özəl | çapa göndər

Xarici İşlər Nazirliyi rusiyalı balıqçıların Danimarka üçün təhlükəsi ilə bağlı açıqlamalara cavab verib

Qərb qəzetlərində rus balıqçılarının Danimarka üçün yaratdığı təhlükə ilə bağlı yayılan iddialar Moskva ilə Torshavn arasında münasibətləri pozmağa yönəlib. “RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.Nazirlik nümayəndəsinin aydınlaşdırdığı kimi, Rusiya Federasiyası ilə Farer adaları arasında uzun illər qarşılıqlı fəaliyyətinin əsasını SSRİ, Danimarka və Farer adaları hökumətləri arasında 1977-ci ildə qəbul edilmiş saziş təşkil edir.
Diplomat qeyd edib ki, qarışıq komissiyanın növbəti iclası 2023-cü ilin dekabrında baş tutub. Görüş zamanı 2024-cü il üçün Rusiya və Farer balıqçı gəmiləri üçün balıq tutma kvotaları razılaşdırılıb.

“Bu cür hekayələr Moskva ilə Torşavn arasında uzun illər ərzində formalaşmış və Qərbin Rusiyaya qarşı genişmiqyaslı informasiya kampaniyasının tərkib hissəsi olan praqmatik münasibətləri məhv etmək məqsədi daşıyır”, - deyə Zaxarova bildirib.

Oktyabr ayında Rosrybolovstvo Rusiya hökumətinə Farer adalarından balıq məhsullarının idxalına qadağa tətbiq etməyi təklif etdi.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə