Mobil versiya
Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib -Fotolar
Tarix: 20-12-2023 | Saat: 16:05
Bölmə:Gündəm / Təhsil | çapa göndər

Gəncədə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Aqrar İnnovasiya Mərkəzinin (AİM) birgə təşkilatçılığı ilə “Aqrar İnnovasiya və Startaplar” forumu keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında yerləşən abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Sonra Gəncə Dövlət Filarmoniyasında nümayiş olunan ölkənin müxtəlif yerlərindən tədbirdə iştirak edən 30-dan çox startap tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrundan canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, bu gün dünyada su və torpaq resursları öz istehsal imkanlarının təhlükəli həddinə yaxınlaşır. Dünya əhalisinin artımı ilə ərzağa tələbat artır, bu səbəbdən torpaq və su resursları üzərində təzyiq çoxalır. Qlobal iqlim dəyişikliyi, su çatışmazlığı və şoranlaşma böyük torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. Bütün bunlar aqrar sahədə innovasiyaların tətbiqini daha da aktuallaşdırır.
“Ölkəmizdə aqrar startap ekosisteminin inkişafı, o cümlədən gənclərin innovativ ideyalarının reallaşması üçün əlverişli şərait qurulmuşdur. Qeyd etmək istərdim ki, Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizdə aqrar texnologiyaların tətbiqinə dair müxtəlif startap müsabiqələri, yarışma və hakatonlar keçirilir. Bu müsabiqələrin əsas məqsədi aqrar sahədə innovasiyaların təşviqi və tətbiqinə, innovasiyalardan və rəqəmsal texnologiyalardan istifadə etməklə aqrar idarəetmənin təkmilləşdirilməsinə dəstək göstərməkdir. Həmçinin əlavə etmək istərdim ki, startapçılar bugün aqrar sahədə fəaliyyət göstərən qabaqcıl iri şirkətlərə öz layihələrini təqdim etmək imkanına sahibdirlər”, - deyə nazir əlavə edib.
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru Zəfər Qurbanov çıxış edərək “Aqrar İnnovasiya və Startaplar” forumunun keçirilməsinin əhəmiyyətindən bəhs edib. Rektor deyib ki, bu cür tədbirlərin xüsusilə regionlarda həyata keçirilməsi bölgələrdə startapların inkişafına xüsusi təkan verəcək.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov çıxışlar ediblər.
Çıxışlardan sonra ADAU və aqrar startaplar haqqında videoçarx nümayiş olunub.
Daha sonra Anar Cəfərovun moderatorluğu ADAU-nun rektoru Zəfər Qurbanovun, “Caucasus Ventures” vençur fondunun rəhbəri Məmməd Kərimin, “KOİCA ODA Azərbaycan” layihəsinin rəhbəri Soo Hyun (Simon) Rhee və “Kök Projekt” şirkətinin həmtəsisçisi Semi Hakimin iştirakı ilə “Aqrar startaplar ekosisteminin vəziyyəti və çağırışlar” mövzusunda panel müzakirə keçirilib.
Forum günün ikinci yarısında aqrar sahədə uğur qazanmış startapların təqdimatı ilə davam edib.




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024