Mobil versiya
Mişustin: Rusiya və Çin qarşılıqlı hesablaşmalarda üçüncü ölkələrin valyutalarından imtina ediblər
Tarix: 19-12-2023 | Saat: 15:13
Bölmə:Özəl | çapa göndər

Mişustin: Rusiya və Çin qarşılıqlı hesablaşmalarda üçüncü ölkələrin valyutalarından imtina ediblər

Rusiya və Çin arasında münasibətlər tarixdə ən yüksək səviyyədədir və dinamik inkişaf etməkdə davam edir, Rusiyanın baş naziri Mixail Mişustin Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Tsyan ilə görüşündə bildirib.
“Biz qarşılıqlı hesablaşmalarda milli valyutaların payını artırmağa davam edirik. Əgər 2020-ci ildə bu rəqəm 20%-ə yaxın idisə, bu il biz qarşılıqlı hesablaşmalarda faktiki olaraq üçüncü ölkələrin valyutalarından tamamilə qurtulmuşuq”, - baş nazir bildirib.

Rusiya Federasiyası və Çin işgüzar əlaqələri gücləndirir, Mişustin may ayında Şanxayda 1,5 mindən çox sahibkarın iştirak etdiyi birgə biznes forumun keçirildiyini xatırladıb.“İyul ayında Yekaterinburqda “İnnoprom” beynəlxalq sərgisi çərçivəsində keçirilən Rusiya-Çin EXPO-nun işi bərpa olunub. Biz həmçinin Rusiya və Çin bazarlarında kommersiya şirkətlərinin işləməsi üçün rahat şərait yaradırıq. Bizim geniş birgə gündəliyimiz var”, - Mişustin qeyd edib.

Öz növbəsində Li Qiang xatırladıb ki, son bir neçə ay ərzində o və Mişustin bir neçə dəfə görüşüblər. Bu, iki ölkə arasında sıx əməkdaşlıqdan xəbər verir.“Ölkələrimiz arasında qarşılıqlı siyasi etimad möhkəmlənir, xalqlar arasında dostluq möhkəmlənməkdə davam edir. Bizim praqmatik əməkdaşlığımız və beynəlxalq koordinasiyamız bugünkü təlatümlü dünyada getdikcə daha dəyərlidir və bu, sağlam və sabit Çin-Rusiya münasibətlərini tam şəkildə ortaya qoyur”.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə