Mobil versiya
Həftənin sonuncu “Açıq mikrofon” aksiyasında 7 müraciət ünvanlandı -Fotolar
Tarix: 15-12-2023 | Saat: 16:40
Bölmə:Seçki 2024 | çapa göndər

Həftənin sonuncu “Açıq mikrofon” aksiyasında 7 müraciət ünvanlandı

SOCAR-ın “Azəriqaz” İB-nin həftə ərzində sonuncu “Səyyar qəbul otağı” Lerik rayonunda təşkil olunub. Qaz təchizatında problemlə üzləşən 7 nəfər mikrofon önünə çıxaraq müraciətlərini ünvanlayıb. Rayonun Pirəsora və Orand kəndlərindən qatılan 2 nəfər adıçəkilən kəndin qazlaşdırılmasını xahiş edib. Qalan 5 sakindən 3-ü qaz xəttinin yerinin dəyişdirilməsini, 2-si isə fərdi yaşayış evinin qazlaşdırılmasını istəyib. Tədbirin sonunda aksiyaya telefon bağlantısı ilə qoşulan şəhid Əliqismət Yaqublunun atası Mükafat Yaqubovun müraciəti də qeydə alınaraq yerində baxış keçirilməsi üçün qərar qəbul edilib. Aksiyanın davamı kimi şəhid ailəsinin yaşadığı ünvana baş çəkilib və müraciətin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilib



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə