Mobil versiya
Lənkəran sahibkarlarının qaz təchizatı ilə bağlı problemləri dinlənildi -Fotolar
Tarix: 13-12-2023 | Saat: 16:44
Bölmə:Seçki 2024 | çapa göndər

Lənkəran sahibkarlarının qaz təchizatı ilə bağlı problemləri dinlənildi

"Açıq mikrofon" aksiyası iki ildən çoxdur ki, paytaxtla yanaşı, bütün regionları da əhatə edir.

aia.az xəbər verir ki, aksiya çərçivəsində həm sakinlərlə, həm də sahibkarlıq subyektləri ilə görüşərək qaz təchizatı ilə bağlı problemlərin həllinə yardımçı oluruq. Bu gün də "Səyyar qəbul otağı" sizin ixtiyarınızdadır". Bu sözləri Lənkəran şəhərində sahibkarlarla keçirilən görüş zamanı Regional İdarəsinin rəisi bildirib. Daha sonra sahibkarlar mikrofon önünə keçiblər. Amid Abdullayev bəzi hallarda qaz təzyiqinin aşağı olduğunu bildirib. Sahibkarlıq subyektləri Akif Cəlalov və Səyyad Şirvanov isə istehlak olunan təbii qaza görə yaranan borcun ödənilməsi üçün möhlət istəyiblər. Sahibkarlarla yanaşı, sakinlər də aksiyanın imkanlarından yararlanıblar. Gülvəz Rəhimova borc səbəbindən qaz təminatının dayandırıldığını bildirib. Yaranmış borcun müəyyən hissəsini ödəmək imkanının olduğunu bildirən abonent fərdi yaşayış evinə təbii qazın verilişinin bərpa olunmasını xahiş edib. Səsləndirilən hər bir müraciət qeydiyyata alınıb, bəzi müraciətlərin icrası ilə bağlı tapşırıq verilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə