Mobil versiya
Professor İsmayıl Sadıqov vəfat edib
Tarix: 13-12-2023 | Saat: 13:22
Bölmə:Təhsil | çapa göndər

Professor İsmayıl Sadıqov vəfat edib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika kafedrasının müdiri professor İsmayıl Sadıqov vəfat edib.

Bu barədə AzMİU-dan bildirilib.

İsmayıl Sadıqov 1941-ci il iyulun 15-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1957-62-ci illərdə Azərbaycan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirib. Həmin ildən təhsil aldığı institutun Materiallar müqaviməti kafedrasında müəllimlik fəaliyyətinə başlayıb, müxtəlif illərdə baş laborant, assistent, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışıb. 1960-cı illərdə Rusiya Federasiyasının Kuybışev İnşaat Mühəndisləri İnstitutunun aspirantı olub. Alim 56 elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir.

İsmayıl Sadıqov 1970-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunda namizədlik, 1984-cü ilin dekabrında isə inşaat mexanikası ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, 1985-ci ildə texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

O, 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Moskva şəhərində) müxbir üzvü, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü olub.

Vəfatına qədər professor İsmayıl Sadıqov AzMİU-nun Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2005-ci ildə 3-cü dərəcə, 2010-cu ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə, 2006-cı ilin iyun ayında “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb, 2011-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024