Mobil versiya
AZAL-ın kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib -Fotolar
Tarix: 12-12-2023 | Saat: 17:45
Bölmə:Seçki 2024 | çapa göndər

AZAL-ın kollektivi Ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib

AZAL-ın kollektivi dekabrın 12-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Anım Günündə Fəxri xiyabanda Ulu öndərin məzarını ziyarət edib.

aia.az xəbər verir ki, AZAL rəhbərliyi və əməkdaşları dahi şəxsiyyətin məzarı üzərinə əklil və gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyevin həyat yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.

Müstəqil Azərbaycanın memarı, dövlət və siyasi xadim Heydər Əliyevin vəfatından 20 il ötür. Dahi şəxsiyyətin Anım Günü Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda hər il dekabrın 12-də qeyd olunur.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə