Mobil versiya
Ulu Öndər xarizması
Tarix: 12-12-2023 | Saat: 10:49
Bölmə:Özəl | çapa göndər

Ulu Öndər xarizması

Azərbaycan xalqının, dövlətinin adının uca olmasında, tanınmasında Ulu Öndər Heydər Əliyevin rolu danılmazdır. Heydər Əliyev öz xarizması, dövlətçilik təcürbəsi ilə bütün bunlara nail olmuşdur. Məhz onun sayəsində Azərbaycan dünya dövlətləri arasında öz imzasını atmışdır. Azərbaycanın dövlətçilik tarixinin ən böyük şəxsiyyətlərindən biri olan, xalqı qarşısında misilsiz xidmətlər göstərən, bütün ictimai-siyasi fəaliyyətini doğma xalqının yüksəlişinə və tərəqqisinə, ana vətəninin çiçəklənməsinə və qüdrətlənməsinə həsr edən, bu yolda böyük qələbələr qazanan, ümummilli lider Heydər Əliyevin uğur fenomeni dünyanın bir çox məşhur siyasi xadimləri, politoloqları və filosofları tərəfindən təqdir edilən, tədqiq olunan və uzun müddət öyrəniləcək bir hadisədir.

Azərbaycan xalqının tarixində xilaskarlıq missiyası Ümummilli Lider daha sonra isə Ulu Öndər anlayışını Heydər Əliyevin xarizmasında elmi əsaslarla tamamlamışdır. Bu xarizma müstəqilliyin təməl prinsiplərində, həm ideoloji həm də siyasi təfəkkürün formalaşması mərhələsini özündə birləşdirib onu yeni mərhələyə çatdırıb. Onun ümummilli miqyası azərbaycançılıq ideologiyası ilə güclü dövlətçilik prinsipinin qarşılıqlı vəhdətində Heydər Əliyev şəxsiyyətinin nəyə qadir olduğunun qısa zamanda reallaşan nəticələrindədir. Tarixdə ideologiyanın siyasi hakimiyyətlə vəhdətinin qısa zamanda effektli olması nadir hadisədir. Bütün bunların öyrənilməsi, tarixi reallığın düzgün dərki, cəmiyyətimizin sosial və siyasi sferasında şəxsiyyətin və ideologiyanın fəaliyyətinin əsaslı şəkildə təbliği bir zərurət olaraq ictimai tələbata çevrilməsi kimi tam əsaslıdır.Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti ilə ölkənin nüfuzunu artırmış, hərtərəfli inkişafına nail olmuş, müstəqilliyini əbədi və dönməz etmişdir. Respublikamız Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdi. Ulu Öndərin tarixi missiyasının ən parlaq dövrü 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlamışdır. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı üçün, Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürürdü. Vəziyyətin günü-gündən daha da gərginləşməsi ölkənin o dövrdəki rəhbərliyini Dahi siyasətçini Bakıya dəvət etməyə məcbur etdi. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Məhz Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının təkidli tələbilə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyev müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürdü. 

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, milli sərvətlərimizdən xalqın mənafeyinə uyğun istifadə olunmasında Heydər Əliyevin neft strategiyası xüsusi əhəmiyyət kəsb etdi. 1994-cü il sentyabrın 20-də dünyanın ən iri neft şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”, 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul zirvə toplantısında Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin inşa olunmasına dair bağlanmış saziş Azərbaycanın iqtisadiyyatının güclənməsində dövlət müstəqilliyinin möhkəmlənməsində müstəsna rol oynamışdır. Bu gün Azərbaycana böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbayan xalqının rifahı naminə uğurlu şəkildə istifadəyə əsaslanır.Dünya siyasət tarixində öz xalqının və ölkəsinin, eləcə də regionun və hətta dünyanın taleyini dəyişmək qüdrətinə malik hökmdarlar,dövlət xadimləri çox olmuşdur.Lakin bu xadimlərin, demək olar ki, hamısı güclü dövlətə, hərbi gücə və müasir silaha malik böyük ölkələrin və xalqların nümayəndələri olmuşlar. Bütün bu şəxsiyyətlərdən fərqli olaraq Heydər Əliyev iki bir-birinə zidd ictimai-iqtisadi formasiyada - sosializm və bazar iqtisadiyyatı zamanında, iki bir-birinə antaqonist məkanda - SSRİ kimi nəhəng  diktaturanın bətnindən çıxmış birpartiyalı sistemin idarə etdiyi hökmran dövlətin tərkib hissəsi olan Sovet Azərbaycanında və müstəqilliyini elan etmiş, lakin onu qura bilməmiş, siyasi-iqtisadi, hərbi xaos içərisində olan Azərbaycan Respublikasında rəhbər kimi uğurlar qazanmışdı, bütün daxili və xarici basqıları dəf edərək dünyanın qəbul etdiyi dövlət xadiminə və milli liderə çevrilə bilmişdi.Bu günkü reallıqlar bir daha sübut edib ki, Heydər Əliyevin dövlətçilik strategiyası bütün istiqamətlərdə öz praktiki nəticələrini təsdiq etdi, Vətən müharibəsinin siyasi-ideoloji nəticələri xalqımızın tarixində Heydər Əliyev mərhələsinin xalqın iradəsi ilə tamlığına yeni reallıqlarla aydınlıq gətirdi. Ona görə də bu həqiqətlərin şüurlarımıza hökm etməsi ilə güclü Azərbaycan dövləti modelinin mahiyyətini açmaq mümkündür.Göründüyü kimi, müasir Azərbaycan dövlətinin banisi, zəmanəmizin böyük siyasi xadimi, dövrünün nüfuzlu söz sahibi, ulu öndər Heydər Əliyevin Azərbaycanın tarixində və taleyində ölçüyəgəlməz xidmətləri olmuşdur. Onun ən böyük xidmətlərindən biri də, özündən sonra layiqli xələf, Azərbaycanı etibar edəcək bir şəxsiyyət, cənab İlham Əliyev kimi müdrik və vətənpərvər bir lider yetişdirməsi olmuşdur.Hər bir ölkənin daxili və xarici siyasətindəki uğurları ilk növbədə həmin ölkənin dövlət başçısının fəaliyyəti ilə bağlıdır. Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyevin möhkəm təməllər üzərində qurduğu milli inkişaf strategiyasının dövrün tələblərinə uyğun tətbiq olunması nəticəsində möhtəşəm nailiyyətlər qazanır. Bu uğurların əldə olunmasının mühüm şərti ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursun məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək məharətlə davam etdirilməsidir.

Bütün bunların nəticəsində 27 sentyabr 2020-ci il tarixdən başlayaraq düşmənlərin törətdikləri növbəti təxribatlarının qarşısının alınması ilə əlaqədar Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-hücum əməliyyatları zamanı gedən 44 günlük döyüşlərdə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu öz gücünü, qüdrətini və yüksək döyüş hazırlığını, hərbçilərimiz isə peşəkarlığını və qəhrəmanlığını əyani şəkildə sübut etməklə, xalqımıza layiq olduğu qələbəni qazandırdı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra separatçılardan təmizlənib.Oktyabrın 15-də dövlət başçısı üçrəngli bayrağımızı Xankəndi, Ağdərə, Əsgəran, Xocalı və Xocavənd şəhərlərində ucaldıb.Bu gün ölkəmizin qazandığı bütün uğurlar iqtisadi inkişaf, hərtərəfli tərəqqi, həmçinin Vətən müharibəsində qazandığımız zəfər hər birimizi sevindirir və qürurlandırır. Təbii ki, bu uğurlar ulu öndərin mükəmməl siyasətinin və bu siyasəti müasir müstəvidə davam etdirən ölkə başçısı cənab İlham Əliyev dühasının, eləcə də xalq-hakimiyyət birliyinin nəticəsidir. Əminəm ki, qədirbilən Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevi, eləcə də onun milləti və dövləti qarşısındakı misilsiz xidmətlərini heç zaman unutmayacaq və böyük tarixi şəxsiyyətin əziz xatirəsini daim ehtiramla yad edəcəkdir.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə