Mobil versiya
Lənkəran və Gəncə şəhərlərində onlayn turizm və bələdçi xidmətlərinə dair təlimlər keçirilib - FOTOLAR
Tarix: 30-10-2023 | Saat: 22:42
Bölmə:Seçki 2024 | çapa göndər

Lənkəran və Gəncə şəhərlərində onlayn turizm və bələdçi xidmətlərinə dair təlimlər keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Azərbaycan Turizm İnstitutunun Məzunları” İctimai Birliyi tərəfindən icra edilən “”Bələdçiyəm Mən - 2” onlayn turizm və bələdçi xidmətləri haqqında təlimlərin təşkili” layihəsi çərçivəsində 5-6 oktyabr tarixlərində Gəncə şəhərində, 14-15 oktyabr tarixlərində isə Lənkəranda təlimlər keçirilib.

aia.az xəbər verir ki, həyata keçirilən layihənin əsas məqsədi regionlarda turizm sektorunun inkişafına əsaslanaraq gənclərin bu sahəyə marağının artırılması, bələdçi işinin təbliği və onların məşğulluğunun artırılmasıdır.

Həyata keçirilən təlimlər çərçivəsində iştirakçılar bələdçilik işi ilə tanış olaraq bu sahədə yeni bilik və bacarıqlar əldə ediblər. Həmçinin iştirakçılar layihə çərçivəsində yerli və əcnəbi turistlər üçün yaradılmış https://yourguide.az/ saytı ilə tanış olaraq onun istifadə qaydası ilə məlumatlandırılıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə