Mobil versiya
Həftənin ilk “Səyyar qəbul otağı” Cəlilabadda quruldu -Fotolar
Tarix: 11-12-2023 | Saat: 19:59
Bölmə:Cəmiyyət | çapa göndər

Həftənin ilk “Səyyar qəbul otağı” Cəlilabadda quruldu

Həftənin ilk “Açıq mikrofon” aksiyası Cəlilabad rayonunun Qarakazımlı kəndində baş tutub.

aia.az xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri aksiyaya üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri dinləyiblər. Rayonun Babaxanlı, Qarakazımlı, Zərbəli, Sarxanlı, Moranlı, Dələli kənd sakinləri sözügedən kəndlərin təbii qazla təmin olunmasını xahiş ediblər. Görüş iştirakçılarına SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bölgələrdə həyata keçirilən qazlaşma işlərinin plana uyğun olaraq mərhələli şəkildə yerinə yetirildiyi ilə bağlı məlumat verilib. Daha sonra aksiyanın davamı kimi şəhid ailəsinin müraciətinə yerində baxış keçirilib. Görüş zamanı Birliyin məsul şəxsləri şəhidin ailə üzvlərinin qayğıları ilə yaxından maraqlanıblar.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-07-2024