Mobil versiya
Binə məktəbi BŞTİ tərəfindən nəzarətə götürüldü
Tarix: 09-12-2023 | Saat: 12:28
Bölmə:Təhsil | çapa göndər

Binə məktəbi BŞTİ tərəfindən nəzarətə götürüldü

Xəzər rayonu Binə qəsəbəsində mövcud ehtiyaclar nəzərə alınaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş 292 nömrəli tam orta məktəb Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilib.

Aia.az xəbər verir ki, şagird sıxlığı nəzərə alınaraq 292 nömrəli tam orta məktəb ilk mərhələdə 121 nömrəli tam orta məktəbin korpusu kimi fəaliyyətə başlayıb və şagird kontingentinin bir hissəsi orada tədrisə cəlb olunub. Məktəbin fəaliyyətinin tənzimlənməsi məqsədilə müvafiq səlahiyyətlər 121 nömrəli tam orta məktəbin direktor müavinlərindən birinə tapşırılıb.

Hazırda məktəbin balansa verilməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən müvafiq sənədləşmə işləri aparılır.

Məktəbin fəaliyyəti BŞTİ tərəfindən nəzarətə götürülüb və şagirdlər üçün daha əlverişli mühitin təmin olunması üçün xüsusi komissiya yaradılıb və bu istiqamətdə zəruri tədbirlər həyata keçirilir.
Xatırladaq ki, bir müddət öncə sözügedən məktəbdə özbaşınalığın hökm sürməsi, direktorun olmaması səbəbindən orada fəaliyyət göstərən müəllimlərin dərslərə səhlənkar yanaşması, şagirdləri döyüb təhqir etməsi ilə bağlı məlumatlar yayılmışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024