Cahit Bağçı: “İlin sonunadək Azərbaycanla ticarət dövriyyəsini 7,5 milyard dollara çatdıracağıq”
Tarix: 09-12-2023 | Saat: 12:02
Bölmə:Ölkə / İqtisadiyyat | çapa göndər
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı 2023-cü ilin sonunadək Azərbaycanla ticarət dövriyyəsinin 7,5 milyard ABŞ dollarına çatacağını bildirib.
Aia.az xəbər verir ki, bunu səfir bu gün Bakıda keçirilən “Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası” mövzusunda konfransda deyib.
Onun sözlərinə görə, iki ölkə arasında bu ilin 10 ayında 6,7 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparılıb: “Bu rəqəmi ilin sonunadək 20 % artıracağıq. Azərbaycanla münasibətlər bütün sahələrdə inkişaf edir. Bu münasibətlərdə iqtisadi əməkdaşlıq da xüsusi yer tutur. Əsas hədəfimiz Azərbaycanla ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaqdır və hazırkı rəqəmlər bu hədəfə gedən yolun yarısında olduğumuzu göstərir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024