Mobil versiya
Bakıda ana körpəsini taksidə qoyub qaçdı - Foto
Tarix: 09-12-2023 | Saat: 10:46
Bölmə:Seçki 2024 | çapa göndər

Bakıda ana körpəsini taksidə qoyub qaçdı - Foto

Bakıda anası tərəfindən atılmış uşaq sığınacağa yerləşdirilib.

Aia.az xəbər verir ki, ötən gecə paytaxt ərazisində naməlum qadın övladını taksidə qoyaraq uzaqlaşıb. O, sürücüyə su alıb qayıdacağam deyərək geri dönməyib.

Taksi sürücüsü hadisə ilə bağlı polisə müraciət edib. Polisin müşayiəti ilə azyaşlı “Qadın və Uşaq Sığınacağı”na yerləşdirilib.

Sığınacaqdan bildirilib ki, uşaq qidalanıb və orada ona yer ayrılıb, səhhətində hər hansı problem yoxdur.

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə