Novruzəli Aslanov: “Cənubi Qafqazda təmsil olunmaq istəyən bütün qüvvələr ilk növbədə məhz Azərbaycanın mövqeyi ilə hesablaşmalıdırlar”
Tarix: 09-12-2023 | Saat: 10:45
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər
“Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdikdən sonraqarşıda duran əsas vəzifə azərbaycanlı məcburi köçkünlərin rahat qayıdışı və məskunlaşmasıdır. Məlumdur ki, Ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə Azərbaycan dövlətinin hazırda bu məqsədlə həyata keçirdiyi iri miqyaslı layihələr bu gün bütün dünyanın diqqətini ölkəmizə cəlb edir. Dekabrın 6-da Bakıda ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu bunun daha bir əyani təsdiqidir. ADA Universitetində keçirilmiş bu mötəbər tədbirə məşhur beynəlxalq beyin və tədqiqat mərkəzlərini təmsil edən 60-dan artıq xarici qonağın qatılması da Forumun yüksək nüfuzundan xəbər verir. Təbii ki, tədbir iştirakçılarını ən çox maraqlandıran istər ölkəmizdə, istərsə də regional və ya qlobal miqyasda gedən bir çox məsələlərlə bağlı Forumda iştirak edən Azərbaycan Prezidentinin mövqeyi, dövlət başçımızın fikir və rəyləri idi. Bunun da əsas səbəblərindən biri, Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, məhz Azərbaycanın hazırda Cənubi Qafqazda müşahidə olunan qlobal dəyişikliklərin təşəbbüskarı olmasıdır. Əlbəttə ki, bu dəyişikliklərdən ən əhəmiyyətlisi Azərbaycanın öz ərazilərinin 30 il davam edən işğalına son qoyması və suverenliyini tam bərpa etməsidir. Bütün digər reallıqlar isə, artıq məhz bu həqiqətlər üzərində formalaşır və regionumuzda özlərinin təmsil olunmasını arzulayan bütün qüvvələr də bundan sonra ilk növbədə məhz Azərbaycanın mövqeyi ilə hesablaşmalıdırlar.”
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Forumda səsləndirilən bəzi fikirlər Azərbaycanın fəal üzvü olduğu Türk Dövlətləri Təşkilatının getdikcə artan gücünün bəzi beynəlxalq mərkəzlər tərəfindən qısqanclıqla və hətta narahatlıqla qarşılandığını deməyə əsas verir: “Forumda cənab Prezident İlham Əliyevə ünvanlanan suallardan biri Türk Dövlətləri Təşkilatının gələcəkdə bir təhlükəsizlik ittifaqına, belə demək mümkünsə, NATO-nun bir analoquna çevrilməsi ehtimalı ilə bağlı oldu. Düşünürəm ki, belə bir sualın açıq mətnlə verilməsi bəzi qüvvələrin Türk Dövlətləri Təşkilatının getdikcə artan beynəlxalq nüfuzundan və gücündən narahat olduqlarını deməyə əsas verir. Təşkilatın noyabr ayında Astanada keçirilmiş Zirvə görüşündə dövlət başçımızın müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi barədə söylədiyi fikirlər isə, görünür ki, bu narahatlığı bir qədər də artırmışdır. Lakin cənab Prezident İlham Əliyev hər zaman öz çıxışlarında, öz təşəbbüslərində hansısa kənar qüvvələrin, hətta bu qüvvələr qlobal dünya güclərini təmsil etmiş olsalar belə, onun fikirlərinə necə reaksiya verəcəklərini deyil, ilk növbədə öz ölkəsinin və dost-qardaş ölkələrin maraqlarını əsas tutur. O cümlədən Astanada Sammitində dövlət başçımız hazırkı geosiyasi reallığı nəzərə alaraqTürk Dövlətləri Təşkilatı çərçivəsində müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamışdır. Həqiqətən də bu gün dünyada gedən proseslər artıq proqnozlaşdırıla bilməyəcək bir mərhələyə keçid ediblər. O cümlədən Rusiya-Qərb geosiyasi qarşıdurmasının nə ilə nəticələnəcəyi məlum deyil. Həmçinin Qafqazda vəziyyət, Mərkəzi Asiya ölkələrinin sərhədləri boyunca gedən proseslər nəzərə alınarsa, təhlükəsizlik mövzusunun başlıca prioritet olaraq önə çəkilməsinin tam zamanı olduğunu anlamaq çətin olmaz. Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Türk dövlətlərinin böyük potensialı və geniş coğrafiyası var. Bu ölkələrin malik olduqları nəhəng enerji ehtiyatları bu gün milli təhlükəsizlik məsələsində ən vacib amil kimi çıxış edir. Bundan başqa ölkələrimizin daha səmərəli şəkildə istifadə edə biləcəkləri müəyyən infrastruktur mövcuddur və Şərq-Qərb marşrutu boyu dostluq mühiti var. Təbii ki, bu ölkələrin öz səylərini səfərbər etməsi ən gözlənilən və məntiqə uyğun addım olacaq.”
Daha sonra N.Aslanov qeyd edib ki, Forumda bəzi Avropa təmsilçilərinin Avropa Parlamentində ölkəmizə qarşı ədalətsiz bəyanatlar səsləndirildiyini etiraf etməsi Avropa İttifaqı ilə AŞPA arasında müəyyən ziddiyyətlərin mövcudluğundan xəbər verir: “AŞPA-nın sabiq üzvü Çorduşu Planın Azərbaycanın işğala son qoymasını tarixi hadisə kimi qiymətləndirməsi də Forumun gedişində diqqəti cəlb edən məqamlardan biri oldu. Bir vaxtlar AŞ nəzdində fəaliyyət göstərən Qarabağ münaqişəsi komitəsinin sədri olmuş Pla etiraf etdi ki, onlar nə vaxtsa bu işğalın beynəlxalq hüququn normaları və ərazi bütövlüyü çərçivəsində sona çatmasını xəyal belə etmirdilər. Həmçinin İspaniya təmsilçisi Avropa Parlamenti və AŞPA-nın müxtəlif qurumlarının beynəlxalq əlaqələrdə sıfır səviyyəsində olan səriştələri ilə çox asanlıqla digər siyasi səviyyədə olan bəyanatlar verdiklərini qeyd etdi. Həqiqətən də Avropa Parlamentində olan bir qrup məsuliyyətsiz insanların səyləri nəticəsində Azərbaycana qarşı olan 10-dan artıq qətnamə qəbul edilib. Təbii ki, bu kağız parçalarının Azərbaycan üçün heç bir önəmi yoxdur. Xüsusən də belə sənədlərin qəbulunun təşəbbüskarları sonradan korrupsiyada ifşa edilmiş xanım Eva Kayli kimi insanlar olunca. Cənab Prezident İlham Əliyevin dediyi kimi, bu, həm də onu göstərir ki, Avropa Parlamenti kimisə hər hansı yanlışlıqda ittiham etməzdən əvvəl korrupsiya ilə bağlı öz problemlərini həll etməlidir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər