Mobil versiya
Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edilib
Tarix: 09-12-2023 | Saat: 10:09
Bölmə:Ölkə / Təhsil | çapa göndər

Kabinetində güllələnən icra başçısının qızı Şuşa məktəbinə direktor təyin edilib

Şuşa şəhər 1 nömrəli məktəbin direktoru vəzifəsinə təyinat olub.

aia.az xəbər verir ki, bu vəzifəyə Səbinə Mikayıl qızı Gözəlova təyin edilib.

Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub.

Mikayıl Gözəlov 1948-ci il aprel ayının 5-də Ağdam rayonunun Mərzili kəndində anadan olub. Novruzlu kənd orta məktəbini bitirdikdən sonra o zamankı Azərbaycan Politexnik İnstitutunu bitirib. 1969-cu ildə təyinatla Şuşa şəhərindəki 92 nömrəli Tikinti İdarəsinə gəlib. Əmək fəaliyyətinə tikinti ustası kimi başlasa da, 1976-cı ildə çalışdığı idarənin rəisi vəzifəsinədək yüksəlib.

1982-ci ildə Respublika Sənaye Tikintisi Nazirliyinin Xankəndində yerləşən 9 saylı DQMV Tikinti Trestinə rəis müavini təyin edilib. 1988-cu ildə Şuşa Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilib. Azərbaycan Prezidentinin fərmanı ilə 1991-ci ilin noyabr ayının 7-də Şuşa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

M.Gözəlov Şuşanın və Qarabağdakı digər azərbaycanlı yaşayış məntəqələrinin müdafiəsi işinə rəhbərlik edib, bu yaşayış məntəqələrinin bütün problemlərinin həllində, sosial-iqtisadi inkişafında mühüm rol oynayıb.
Milli Ordunun ilk rəsmi hərbi hissələrindən olan 816 saylı Şuşa ərazi özünümüdafiə taborunu yaradanlardan biri olub. Şuşanın ermənilər yaşayan Qala dərəsi, Böyük Qala dərəsi, Salatınkənd kəndlərinin azad edilməsi əməliyyatına rəhbərlik edib.

1991-ci ilin 11 dekabrında Şuşadakı iş kotağında güllələnərək öldürülüb.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024