Mobil versiya
Oğuzda daş-beton bənd əsaslı təmir olunur -Foto
Tarix: 08-12-2023 | Saat: 10:58
Bölmə:İqtisadiyyat | çapa göndər

Oğuzda daş-beton bənd əsaslı təmir olunur

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən aia.az-a bildirilib ki, hər il olduğu kimi bu il də Oğuz rayonu ərazisində mövcud əkin sahələrinin suvarılması, o cümlədən sel və daşqınlara qarşı qabaqlayıcı tədbirlər davam etdirilir. Bu istiqamətdə işlər plana uyğun aparılır. Daşağıl çay sistemində güclü sel suları nəticəsində qəzalı vəziyyətə düşən daş-beton bəndin əsaslı təmirinə başlanılıb. İşlər sürətlə davam edir. Əraziyə texnika vasitəsilə beton verilir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Oğuz rayonunda yerləşən yerli idarəsi ümumilikdə 13000 hektardan artıq suvarılan sahələrin suvarma suyu ilə təmin olunmasına xidmət edir. Cari ildə 3543 ha taxıl, 235 ha qarğıdalı, 731 ha yem bitkiləri, 203 ha bostan-tərəvəz, 5954 ha çoxillik əkmələr, 112 hektardan artıq tütün və 1794 ha həyətyanı olmaqla ümumilikdə 12572 ha fiziki sahədə 38856 ha rejimlə suvarma aparılıb. Daşağıl çay, Oğuz çay, Xal-xal çay, Qala çay və Türyançay sistemlərində isə 527 min m³-dən artıq həcimdə çay məcrasının tənzimlənməsi işləri görülüb. Hazırda Daşağıl çayının əkin sahələrinə yaratdığı problemin aradan qaldırılması üçün çayda düzləşmə işləri həyata keçirilir.
Daşağıl çayın düzləşdirilməsi və təmizlənməsi ətrafda olan əkin sahələrini sel sularından qoruyur. Bununla da fermerlər həmin ərazilərdə asanlıqla əkin işləri apara bilirlər.
Qeyd edək ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Oğuz rayonunda yerləşən yerli idarəsinin balansında 576 km suvarma kanalları mövcuddur ki, onların da əsas hissəsi torpaq məcralı kanal və arxlardır. İlin əvvəlindən idarənin istismar tədbirləri planına uyğun olaraq suvarma kanallarının 160 km uzunluqda hissəsində ekskovatorla və buldozerlərlə 310 min m³ həcimdə lildən təmizlənmə işləri aparılıb. İdarənin əsaslı təmir planına əsasən Həsənbəy arxı bu günədək 500 paqono metr hissədə beton üzlüyə alınıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024