Mobil versiya
YAP Saatlı rayon təşkilatı Partiya fəalları və kənd aktivləri ilə görüşü keçirib -Fotolar
Tarix: 05-12-2023 | Saat: 16:43
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Saatlı rayon  təşkilatı  Partiya fəalları və kənd aktivləri ilə görüşü keçirib

aia.az xəbər verir ki, 05 dekabr 2023-cü il tarixdə Çolpı ərazi partiya təşkilatında Partiya fəalları və kənd aktivləri ilə görüşü keçirilmişdir. Görüş zamanı çıxış edən Yen iAzərbaycan Partiyası Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev YAP-ın VII Qurultayından sonra partiyanın yeni Proqram və Nizamnaməsi tələblərinə uyğun olaraq yerli və ərazi partiya təşkilatlarının qarşısına qoyulan vəzifələrdən və bu vəzifələrin həyata keçirilməsində hər bir partiya üzvünün məsuliyyətinin artırılmasının vacibliyindən danışmışdır. Rayon təşkilatının sədri son 20 ildə ölkəmizin siyasi, sosial-iqtisadi və mədəni sahələrdə əldə etdiyi uğurların, dövlətimiz və xalqımız üçün ən böyük zirvə olan 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin dövlətçilik tariximizdə şanlı yer almasını vurğulamış, postmüharibə dövründə partiyamızın sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurla həyata keçirilməsi nəticəsində ölkəmizin dünyada söz sahibinə çevrilməsinə, iqtisadiyyatımızın sürətli inkişafının təmin edilməsinə, insanlarımızın təhlükəsizliyinin və rifah halının yüksək səviyyəyə çatdırılmasına nail olduğumuzu göstərdi. O, qeyd etmişdir ki, əldə olunan uğurlarda YAP-ın fəaliyyəti danılmazdır. Çünki sıralarında 800 mindən çox fəal, dövlətə və dövlətçiliyə sadiq insanları öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası "dünənin, bu günün və gələcəyin" partiyası adını ləyaqətlə doğruldaraq ölkəmizin ictimai-siyasi müstəvisində öz nüfuzunu durmadan artırmaqdadır. Lütvəli Şıxəliyev partiya üzvlərinə Yeni Azərbaycan Partiyasının sədri, ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin, çıxış və nitqlərindən irəli gələn vəzifələrin, verdiyi Fərman və Sərəncamların əhali arasında geniş təbliği və izahı istiqamətində görüləcək işlər barədə konkret tapşırıq və tövsiyələrini verdi.
Tədbirdə iştirak edən partiya fəalları və kənd sakinləri keçirilən görüşü yüksək qiymətləndirmiş, Çolpı kəndində mövcud problemlərlə bağlı öz təkliflərini bildirmişlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə